Oqtay Gülalıyevin hazırki vəziyyəti – HƏKİMİ DANIŞIR

31.10.2019 - 18:08
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu sabitdir.
Bu barədə “Cümhuriyyət”ə onun həkimi, professor Adil Qeybulla məlumat verib. O bildirib ki, O.Gülalıyev avtomobillə vurulduqdan sonra ağır kəllə-beyin travması alıb və təcili 1 saylı Klinik mərkəzə gətirilib, reanimasiya şöbəsinə yerləşdirilib:
“Orada baş beynin kompüter tomoqrafiyası müayinəsi aparılıb və qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə yerdəyişməyən sınıq, sol yarımkürədə şoxsaylı qansızmalar diaqnozları qoyulub. Xəstə saat axşam saat 11-12 arası xəstə yaxınlarının istəyi ilə Bakı “City Hospital”ın reanimasiya şöbəsinə köçürülüb. Xəstə klinikada intensiv müşahidə altında olub, mərkəzi venanın kateterizasiyası qoyulub və müalicə başlanılıb.
 
Getdikcə beyindaxili təzyiqin artması, huşun itməsi, anizokoriya əlamətləri yaranıb. İlk tomoqrafiyadan təxminən 12 saat sonra ikinci kontrol tomoqrafiya aparılıb, sol yarımkürədə beyin toxumalarını kompressiya edən hematoma olduğu müəyyən edilib. Xəstənin yaxınlarına cərrahi əməliyyat aparılması zərurəti izah edilib”.
Professor qeyd edib ki, Səhiyyə Nazirliyi də konsultativ kömək məqsədilə işə müdaxilə edib, 3 nəfər neyrocərrahın iştirakını təmin edib:
“Saat 13 radələrində ümumi narkoz altında təcili cərrahi əməliyyat başlayıb, soltərəfli trepanasiya aparılıb. Müəyyən edilib ki, beyin toxumasının zədələnməsi nəticəsində qanama yaranıb və nəticədə yaranan hematoma həm daxildən, həm də sərt qişa altında xaricdən beyin toxumalarını kompressiya edir. Hematoma və onun qalıqları xaric edilib, qanama dayandırılıb, sanasiya edilib. Əməliyyat fəsadsız keçib. Xəstə stabil hemodinamik göstəricilərlə reanimasiya şöbəsinə verilib”.
Həkim həmçinin bildirib ki, hal-hazırda vəziyyəti stabildir, süni ventilyasiya aparatındadır:
“Xəstənin kritik durumdan çıxması üçün bir qədər zaman tələb olunur, lakin reabilitasiya uzun müddət çəkə bilər. Alınan travma xarakter etibarı ilə ağır hesab edilir.
Xəstəni sonrakı ixtisaslaşdırılmış müalicə üçün Respublika Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülməsi istiqamətində danışıqlar gedir. 
Allah şəfa versin!”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135619

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930