Oktay Gülalıyev Türkiyəyə aparılır

05.11.2019 - 17:35

“Türkiyədən gələn həkimlərin bildirdiyinə görə atamın vəziyyəti ağırdır”.

“Cümhuriyyət” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev “Facebook” səhifəsində məlumat verib. O bildirib ki, həkimlər O.Gülalıyevin Türkiyəyə aparılmasında heç bir təhlükə olmadığını bildiriblər:

“Ailəsi olaraq onun aparılması üçün razılıq verdik. Hazırda atamın Türkiyəyə aparılması üçün hazırlıq işləri görülür”.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u axşam saatlarında yolu keçərkən minik avtomobili tərəfindən vurulub. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Əlavə edək ki, Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135917

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031