Növbəti sosial evlər nə vaxt satışa çıxarılacaq? – RƏSMİ CAVAB

13.11.2019 - 11:00

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi Yasamal Yaşayış Kompleksində 16.10.2019-cu il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 284-nün alqı-satqısı uğurla başa çatdırılıb.

Bu barədə “Cümhuriyyət”ə MİDA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin mənzillərdən 2-si 18.10.2019-cu il tarixində mənzili gözləmə qaydasında birinci sırada seçmiş şəxslər tərəfindən əldə edilib. Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi Qaydalara uyğun olaraq davam etdirilir.

Güzəştli şərtlərlə əldə edilmiş 284 mənzildən 49-u 1 otaqlı, 159-u 2 otaqlı, 76-sı isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 140-ı mənzili öz vəsaiti hesabına, 144-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Məlumatda bildirilib ki, tezliklə Yasamal Yaşayış Kompleksində qalan mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Bununla əlaqədar olaraq, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməlidir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136362

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930