İrandan gələn daha 29 nəfər Cəlilabad xəstəxanasına yerləşdirildi

26.02.2020 - 18:00

İrandan gələn 29 nəfər bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda müayinələr edilir, onların səhhətində hər hansı problem aşkarlanmayıb.

Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Hazırda həmin şəxslərin İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, dünən İranın Qum şəhərindən ziyarətdən qayıdan 23 nəfər həmin xəstəxanaya yerləşdirilib. Beləliklə də ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir. Bu gün yerləşdirilən şəxslər Qumdan gələnlərlə eyni şöbədə saxlanılmır.

Nazirlik ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Virtualaz.org

*   *   *09:26

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd edək ki, onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.

Xatırladaq ki, ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər karantin məqsədi ilə xəstəxanaya yerləşdirilib. (report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143238

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930