Övladları ön cəbhədə vuruşan məşhurlar FOTO

05.11.2020 - 15:41

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu ön cəbhəyə yola düşüb. Bu barədə Əməkdar artist kulis.az -a məlumat verib:

“Bu gün ortancıl oğlum Üzeyiri cəbhəyə yola salıram. Üzeyir ali təhsilli həkimdir. Cəbhəyə hərbi həkim kimi gedir. Çox qürur hissi keçirirəm. Üç oğlum var, üçü də vətənpərvərdir”.
Əməkdar artist qeyd edib ki, oğlu Üzeyirin Amerikada yaşamaq icazəsi olsa da o, cəbhəyə yollanmağı üstün tutub:

“Üzeyirin Amerikada yaşamaq icazəsi var. “Green card” udmuşdu. Amma buna baxmayaraq, o, könüllü olaraq orduya yazıldı. 32 yaşı var oğlumun. Mən də o yaşda olanda birinci Qarabağ müharibəsində iştirak etmişəm”.

Qeyd edək ki, Vətən müharibəsi başlayandan bu günə qədər bir çox məşhurun övladı ön cəbhəyə yolda düşüb.

Musavat.com onlardan bir neçəsini təqdim edir.

Bir neçə gün öncə Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova da oğlunu cəbhəyə yola salıb. Bu barədə xanəndənin özü sosial şəbəkədə məlumat yayıb:

“Oğlumu cəbhəyə yola saldım. Dualarınızı əksik etməyin”.

Müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı da cəbhədədir. Bu barədə müğənninin özü açıqlamalarının birində söyləyib. Müğənni qeyd edib ki, oğlu Ağdam rayonunda xidmət edir.

Milli Məclisin deputatı Tahir Kərimlinin oğlu Zahidağa Kərimli də könüllü olaraq cəbhəyə yollanıb. Deputat bu barədə açıqlamasında aşağıdakıları bildirib:

“3 oğlum var. İkisi Vətən borcunu yerinə yetirib. Kiçik oğlumun Vətən borcunu yerinə yetirməsi Qarabağ müharibəsinə təsadüf etdi. Çağırış gəldi və biz də hamılıqla oğlumuzu yola saldıq”.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov oğlu Pərviz Əsədov da torpaqlarımızın azad olunması üçün könüllü olaraq cəbhəyə yollanıb.

Bir neçə gün öncə isə sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin oğlu Vaqif Hüseyn döyüşmək üçün Qarabağa yollanıb.

Xatırladaq ki, Vaqif Hüseyn “Yeni Müsavat” qəzetinin hüquqşünası və yazarıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156919

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30