Əli Əhmədov: “Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir”

08.11.2020 - 17:25

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində Şuşanın azad edilməsi münasibəti ilə fikirlərini paylaşıb.

APA-nın məlumatına görə, Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim şəhərimiz Şuşanın işğaldan azad edildiyini xəbər verib:

“Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 il yarım gözlədi. Və nəhayət 2020-ci il noyabr ayının 8-də, Dövlət Bayrağı günü ərəfəsində illərlə gözlədiyimiz xəbəri Ali Baş komandanın dilindən eşitdik. Düşünürəm ki, bu illər ərzində hər azərbaycanlının ən çox eşitmək istədiyi sözlər “Şuşa azad edildi” kəlmələri olub. İndi xalqımız Prezidentin dilindən bu kəlmələri eşidərək tarixi xoşbəxtlik anlarını yaşayır. Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu, xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir. Şuşasız Azərbaycan ruhsuz bədəni xatırladırdı. İndi bu bədənə ruhu qaytarıldı.

Şuşa Dövlət Bayrağı günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada dalğalanır. Və əbədi dalğalanacaq! Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsidir. Şuşanın azadlığa qovuşması zati-aliləri İlham Əliyevin tarixi qələbəsidir.

Şuşanın işğalda olduğu 28 il ərzində, qədim şəhərimizin itirildiyi may ayının 8-də heç kim şadlıq etməzdi, təntənəli tədbirlər təşkil edilməzdi, toylar keçirilməzdi”.

Ə. Əhmədov bildirib ki, Şuşanın işğalının Azərbaycan xalqı üçün nə qədər böyük itki olduğunu bundan daha təsirli şəkildə heç nə ifadə edə bilməz: “Buna görə də Şuşanın azad edilməsinin milli bayram kimi qeyd olunmağa tam haqqı çatır. Yəqin ki, elə bu cür də olacaq.

Şuşanın azad olmasının sevincini yaşadığımız bu gündə “Çox sağ olun cənab Ali Baş Komandan” demək istəyirəm. Siz bütün Azərbaycan xalqına göz aydınlığı verdiniz. Sizin də gözünüz aydın. Siz şərəfli bir tarix yaratdınız. Bu tarixin ən gözəl səhifəsində qızıl hərflərlə Sizin adınız yazılıb.

Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, qəhrəman xalqdır. Ən böyük qəhrəman isə İlham Əliyevdir.

Eşq olsun Azərbaycan Ordusuna!

Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Qarabağı azad edən Azərbaycan Qəhrəmanı İlham Əliyev!”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157014

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930