Tarixə hesabat, Heydər Əliyevə hesabat, şəhidlərə hesabat – Şuşa!!!

08.11.2020 - 17:39

İlham Əliyev bu gün tariximizin ən böyük, ən parlaq, ən şərəfli səhifəsinin nöqtəsini qoydu. Məhz nöqtəsini. Qələbə nidası ilə… “Şuşa” nidası ilə…

“Şuşa azad edildi!!! Şuşa bizimdir!!!” Bu iki qısa cümləni eşitmək üçün nə qədər uzun, nə qədər ağrılı bir yol gəldik, daha nələrdən keçmədik ki…

Amma indi dönüb 28 illik tarixin hər səhifəsinə qayıtmaq vaxtı deyil. İndi qarşımızda yeni, ən yeni tarix var. O yazıldı! Özü də necə! Özü də harada!!!

Şuşanın tezliklə azad olunacağına inamımız ikinci Qarabağ savaşı başlayan ilk gündən güclü idi. Buna Azərbaycan əsgərinin rəşadəti, Azərbaycanın Ali Baş Komandanının qətiyyəti sayəsində inanırdıq. Bunsuz olmazdı, ola bilməzdi. Prezidentin də dediyi kimi, Şuşasız işimiz yarımçıq qalardı. Amma bu qələbə harada, necə bəyan olundu!!! Fərqinə vardıq, fərqinə varırıq…

Sentyabrın 27-dən, ikinci Qarabağ savaşı başlayan gündən Ali Baş Komandanımızın bütün çıxış və müraciətlərini hamımız dörd gözlə, maraqla, həyəcanla izləmişik. Amma Prezidentin xalqa 8 noyabr müraciəti bir başqa müraciət idi. Bu müraciət həm də böyük dövlət adamı Heydər Əliyevə hesabat idi… Bu müraciət şəhidlərimizə hesabat idi… Bu müraciət tarixin ta özünə hesabat idi… Prezidentin özünün də dediyi kimi, bu da təsadüfi deyildi.

İlham Əliyevin dilindən Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, başqa şəhər və kəndlərimizin azad olunması xəbərlərini gör neçə dəfə eşitmişdik. Amma Şuşa başqa oldu! Şuşa başqadır! İşğaldakı bütün torpaqlarımız, vətənin hər qarışı namusdur. Amma Şuşa bir başqadır! Şuşa bel sütunudur! Şuşa ruhumuzdur!

Hamımız dəfələrlə görmüşük: İlham Əliyev azadlıq müjdələrini vermək üçün kamera qarşısına çıxanda, xalqa müraciətlərində həmişə mülki geyimdə olurdu. Bu dəfə isə tam başqa oldu. Xalqın və tarixin qarşısına müzəffər bir əsgər kimi çıxdı. Nəhəng və əzəmətli bayraq… Tarix, vətən, ölkə, xalq, dövlət qarşısında yenilməz əsgər duruşu… Fəxri Xiyaban… Şəhidlər Xiyabanı…

Bu möhtəşəm simvolika ilə, sonsuzluq işarəsi 8-lə, bu vizual mesajla qürur duyduq! Dövlətimiz, tariximiz, şəhidlərimiz adına qürur duyduq!

Sağ ol, İlham Əliyev! Sağ ol, Azərbaycan əsgəri! Sağ ol, Ali Baş Komandanım! Şuşaya görə… Qarabağa görə… Tariximizə görə… Başımızı dikəltdiyinizə, başımızı ucaltdığınıza görə… Hər şeyə görə…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157030

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30