Erməni “ağzı” ilə danışan Qərb mediası

11.11.2020 - 10:34

Ekspert: “Azərbaycanı ləkələmək cəhdləri həmişə olub”

Biz nəhayət, qələbə qazandıq, düşməndən 27 il sonra canımız-ciyərimizi qoparıb ala bildik, dişimizlə-dırnağımızla torpaqlarımızı azad etdik, amma Qərb mediasının bir sıra orqanları özlərini yaxşı aparmadılar.

Özlərini o dərəcədə pis apardılar ki, bu,  nə Qərb jurnalistikasının pafosla danışılan beynəlxalq standartlarıma, nə balanslı, peşəkar media qaydalarına uyğun idi.

“Yeni Müsavat” yada salır ki, sentyabrın 27-dən Avropa və ABŞ-ın nüfuzlu telekanalları, nəşrləri informasiya həmləsinə keçdilər.

Onlar gah biz tərəfdən muzdlu döyüşçülər olduğunu yazdılar, hərçənd bu zəfərdən sonra həmin xəbərçilərin üzünə tüpürməyi haqq edirik, gah bizi mülki obyektləri vurmaqda ittiham etdilər, yenə də hərgah Gəncə və Bərdə terroru kifayət edir ki, sivilləri hədəfə alanın hansı tərəf olduğunu bəsirət gözlərini açıb görəsən, gah da Prezident İlham Əliyevə qərəzli, qətiyyən yeri olmayan uğursuz sualları müstəntiqin sorğu-sualı üslubunda verməklə hücum etdilər. Və cavablarını aldılar – öz dillərində…

Əlbəttə, jurnalistin işi sual verməkdir, özü də tikanlı, iynəli sual verməkdir. Bunu bizə öyrətmək lazım deyil. O da aydındır ki, müxbir müsahibinə ütülü suallar verməli deyil, onu lazım gəldikdə təbdən çıxarmalıdır. Lakin Qərb mediası göründüyü qədər nəhəng deyilmiş, cılız nüanslar üzərində var-gəl etmək, dönə-dönə eyni sualları tutuquşu kimi təkrarlamaq avropalı jurnalistlərin mərəzi imiş.

Axı onlara dəfələrlə deyildi ki, Şuşadakı kilsədə düşən iki kərpic necə baş verib, amma Qərb KİV-i üçün həmin kilsə Gəncədə yatdığı yerdə öldürülən insanlardan, Bərdədə 7 yaşlı Aysudan daha əhəmiyyətli oldu.

Qərb jurnalistləri niyə “erməni ağzı” ilə danışdılar? Prezidentdən müsahibə götürən bəzi jurnalistlərin sualları erməni feyk xəbərləri və yalanları üzərində nə üçün qurulur? Avropalı müxbirlər az qala erməni vəkilləri kimi çıxış edirlər, jurnalist etikasını gözləmirlər. Təbii, prezident onları lazım olan cavablarla susdurur. Amma Qərb hansı media azadlığı ilə “fəxr edir”?  BBC hansı standartlardan danışa bilir? İ.Əliyevə suallar yağdıran həmin müxbir sonda niyə geri çəkildi? Axı həqiqət dilsiz deyil, onu dilə gətirən var.

Elxan Şahinoğlu: "Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini  sürətləndirməyə marağı yoxdur"

Elxan Şahinoğlu

Qərb mətbuatına bələd olan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Qərb mediasından ermənilərə dəstək oldu. “Amma ümumilikdə informasiya blokadasını yarmışıq. Bu dəfə 90-cı illər olmadı. Məsələn, Gəncənin vurulması Qərb mediasında əks-səda doğurdu. Düzdür, Prezident İlham Əliyevə qərəzli suallar verildi, amma yaxşı cavabı da oldu. Bəzi Qərb media qurumları Paşinyanı çox sıxışdırdılar.Bu baxımdan birmənalı demək olmaz ki, Qərb jurnalistləri tamamilə bizə qarşı fəaliyyət göstərdilər” – deyə, o bildirib.

E.Şahinoğlu hesab edir ki, müəyyən narazılıqlar var idi, amma Fransa televiziyalarından belə xeyrimizə reportajlar vardı: “Həqiqəti göstərən Qərb jurnalistləri də oldu. Fransanı çox tənqid etdik, amma məşhur televiziyası həqiqəti çəkdi. Rus mətbuatında da bəzi qərəzli yazılar vardı. Əsas odur ki, müharibəni sona çatdırdıq. Gördülər ki, ermənilər nə günə düşdü. Görək Qərb mətbuatı Ermənistandakı xaosu necə işıqlandıracaq… Ümumiyyətlə, o fikirdəyəm ki, Qərb mediası ilə sıx işləməliyik. Azərbaycan diasporası xarici mətbuat ilə daha çevik işləyə bilər. Biz hadisələrin dalınca sürünməli deyilik, özümüz gündəm yaratmalıyıq və boşluqları aradan qaldırmalıyıq”.

Əməkdar jurnalist Elman Babayev deyib ki, bir sıra nüfuzlu Qərb mediası Azərbaycana qarşı ədalətsiz, çirkin kampaniya aparmağa cəlb edilib: ““BBC News”un Prezidentdən aldığı sonuncu müsahibədəki qərəz, ittiham xarakterli suallar bunun daha bir nümunəsi olmaqla, bir neçə həftədir başlayan seriyanın davamıdır. İndiki məqamda Prezident İlham Əliyevə münaqişə ilə yanaşı, daxildə demokratiya, insan haqları ilə bağlı sualların ünvanlanmasına normal yanaşmaq olardı. Yəni jurnalistin vəzifəsinin sual vermək olduğu, müxtəlif məsələləri önə çəkməsinə göz yummaq mənasında. Amma bəh-bəhlə təriflənən Qərb mediası Prezidentə sual vermir, prokuror kimi ittihamlar irəli sürür. Bunun adı isə jurnalistika deyil. Bu, hansısa sifarişi yerinə yetirməkdir, başqa adı yoxdur! Azərbaycanı ləkələmək cəhdləri həmişə olub”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157088

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031