Çavuşoğlu: “Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər davamlı atəşkəs ola bilməz”

12.11.2020 - 10:29

“Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”. 

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu döyüşdə qazanılan uğura görə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunu, qardaş Azərbaycan xalqını təbrik edib: “Azərbaycan uzun illər münaqişəni sülh yolu ilə həll etmək istədi, ancaq atəşkəsi pozan Ermənistan oldu. Döyüşdəki qələbədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında bir atəşkəs razılaşması imzalandı. Əvvəlcə 3 dəfə atəşkəs razılaşmasını pozan Ermənistan oldu”.

Türkiyə Xarici işlər naziri qeyd edib ki, Azərbaycanın istədiyi 30 il işğal altındakı torpaqlarını geri almaqdır: “Qardaş Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi üçün hansı çözümə üstünlük verirsə, seçirsə, Azərbaycanın yanındayıq. Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər davamlı atəşkəs ola bilməz, biz bunu dəfələrlə bildirdik. Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılması üçün son razılaşma ilə bir təqvim müəyyənləşdi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157121

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930