Ermənistanda hərbi xunta hakimiyyətə gəlsə, müharibə qaçılmaz olacaq

14.11.2020 - 10:46

Politoloq: “Erməni cəmiyyətinin böyük hissəsi Qarabağın itirilməsinə daxilən sevinir, çünki…”

Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhinə kütləvi aksiyalar davam edir. 17 müxalifət partiyasının təşkil etdiyi aksiyalara 10 mindən çox əhali qatılıb. İrəvanda Azadlıq meydanında Paşinyana qarşı istefa şüarları səsləndirilməkdədir.

3 gündür davam edən etirazlar dünya mətbuatında da geniş əks olunub. Dağlıq Qarabağda məğlubiyyəti qəbul etməyən ermənilər aksiyada göz yaşı axıdır, polislə tez-tez toqquşmalar olur. Etirazçılar 44 günlük müharibənin sonunda imzalanan bəyanatın ləğvini tələb edirlər. Ermənistanın müxalifət liderlərindən olan Qaqik Tsarukyan olmaqla 100-dən çox saxlanılan var. Tutulanlar dövlət sirlərini yaymaqda, müharibə dövründə asayişi pozmaqda ittiham edilir.

Aksiya iştirakçıları Təhlükəsizlik Dairəsinə gedərkən onları polis ordusu və xeyli sayda avtobusla dolu təhlükəsizlik qüvvələri qarşılayıb. Paşinyana qarşı etirazlar getdikcə kütləviləşir və ölkə vətəndaş müharibəsi astanasındadır. Məğlub Ermənistanda vəziyyət son həddə qədər gərginləşib və hakimiyyətin zorla ələ keçirilmə ehtimalları artıb. Belə bir zamanda tez-tez məğlub ölkədə hərbi çevriliş ola biləcəyi fikirləri səsləndirilir.

Ermənistanda hakimiyyətə hərbi xunta gələ bilərmi? Bu ssenari gerçəkləşsə, bu proseslərə necə təsir edər?

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, Ermənistanda durum gərgin olsa da, hakimiyyət hələ ki, vəziyyətə nəzarəti itirməyib: “Məğlubiyyətin ilk 2 günü Ermənistanda çevriliş ehtimalı yüksək idi. Amma Paşinyan cəmiyyəti bir qədər sakitləşdirməyə müvəffəq olub. Onu parlamentdə devirə bilmədilər. Çünki parlamentdəki çoxluq Paşinyanın partiyasındadır. Onlar parlamentin iclasına qatılmamaqla müxalifətin Paşinyanı uzaqlaşdırmaq planını əngəllədilər. Küçələrdə Paşinyanı devirmək şansları ilk 2 gündə daha çox idi. Çünki küçələrə kifayət qədər etirazçı kütlə toplaya bilmişdilər. Amma getdikcə etirazçıların sayı da azaldı. Ermənistanda Paşinyanın reytinqi düşsə də, onun dəstəkləyən müəyyən təbəqə var. Erməni cəmiyyətinin böyük hissəsi bunu söyləməsə də, Qarabağın itirilməsinə daxilən sevinirlər. Çünki Qarabağ əksəriyyət üçün hərbi, büdcə, iqtisadi yük idi. Gəncləri gəlib Azərbaycan torpağında ölürdü. Ermənistana durmadan əsgərlərinin tabutları daşınırdı. Əksəriyyət bilir ki, Qarabağ torpağının Ermənistana aidiyyəti yoxdur və bu itkilərdən can qurtarmağın yolu kimi Qarabağdan tamamilə əl çəkməkdə görür. Bu gün erməni cəmiyyətinin bir hissəsi Qarabaqdan qurtulduqlarına sevinir”.

Mərkəz rəhbəri deyir ki, Paşinyanı devirmək planlarının gerçəkləşəcəyi real görünmür: “İlk günlərdə Paşinyanın devrilməsi Rusiyanın da maraqlarına uyğun idi. İndi isə vəziyyət dəyişib. Rusiyada düşünürlər ki, Paşinyanı devirənlər müharibəni davam etdirmək istəyəcəklər. Bu isə Rusiyanın maraqlarına ziddir. Bu halda gərək Rusiyanın sülhməramlıları da toqquşmalarda iştirak etsin. Ona görə də Rusiya tərəfində də o fikirdədirlər ki, Paşinyan qərbpərəst olsa da, ona dözmək olar, sonra onunla bağlı məsələyə şübhəsiz ki, baxacaqlar. Deməli, Paşinyan hakimiyyətini qorumağa müvəffəq oldu. Paşinyan son 2 ildə elə siyasət yeritdi ki, müharibənin başlanmasını şərtləndirdi. Paşinyan yaxın bir müddət üçün hakimiyyətini qoruya biləcək. Bundan sonrakı dönəmdə erməni cəmiyyətində etirazlar səngiyəcək və onun hakimiyyətinin taleyi verəcəyi qərarlardan asılı olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157208

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930