Bir texniki yanlışlıq: ermənilərin Kəlbəcəri tərk etməsi dekabrın yox, noyabrın 25-də başa çatacaq

15.11.2020 - 15:37

Prezidentin köməkçisi, PA-nın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudovun keçirdiyi birgə brifinqdə səslənən bir fikir yanlış ifadə olunub.

Musavat.com xəbər verir ki, brifinqdə erməni hərbçilərin Kəlbəcəri tam şəkildə tərk etməsinin bu gün yox, dekabrın 25-də başa çatacağı qeyd olunub və yanlışdır. Əslində ermənilərə bu ayın – noyabrın 25-ə qədər vaxt verilib. Daha dəqiqi, onlara verilən vaxt uzadılıb.

Bu da ona görədir ki, Kəlbəcərin ağır relyef və iqlim şəraiti var və tərketmə prosesinin ləngiməsinin səbəbi budur.

Erməni hərbçilərin Ağdam və Laçını tərk etməlirinin qrafiki isə dəyişməz qalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157272

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031