“Kəlbəcər Ordumuzun nəzarətinə keçmək üzrədir, bəyanatın arxasında həm də Türkiyə dayanıb” – Politoloq

17.11.2020 - 10:12

Proseslər göstərir ki, insanlarımızın səbr kasası son 30 ildə həqiqətən dolub-daşıbmış. Çox kəmhövsələ olmuşuq: Qarabağda xüsusilə sülhməramlıların formalaşması, yaxud da rayonların təhvil verilməsində hansısa texniki məsələ ortaya çıxanda az qala yekdilliklə hayqırmaq istəyirlər ki, hər şey pisdir, qaramatdır, sonu yaxşı görünməyən yola çıxmışıq…

Amma fikirləşmirik ki, əgər dövlətin siyasətinə bu günə qədər güvənmişiksə, təmkinlə hörmət göstərmişiksə, bütün proseslər bugünədək bizim xeyrimiədir, yenə də buna uyöun davranmaq lazmdır. Hər halda, Azərbaycanın dövlət rəhbərliyi nə xalqın əsəblərini tarıma çəkmək fikrindədir, nə onun maraqlarına zidd addım atmaq niyyətində…

Sadəcə, ittiham leksikonunu ən azı dekabrın 1-dək dəyişmək, səbirli olmaq lazımdır. Çünki döyüşlər başa çatsa da, siyasi müstəvidə savaş başa çatmayıb.

İkincisi, biz 27 il 7 ay Kəlbəcəri istəsək də, istəməsək də gözləmişik, yeri gələndə səsimiz də çıxmayıb, bəzən ümidimizi də itirmişik. Madam ki, belədir, daha 8 gün də gözləmək olar. Artıq verilən növbəti 10 günlük müddətin 2 günü də gedib..

Axı proseslərin bilmədiyimiz dərinliklərdə diplomatik tərəfləri var. Rusiya prezidenti Vladimir Putin qalib Azərbaycanın liderindən iki məsələni xahiş edib:

Humanitar prinsipləri nəzərdə tutaraq, Kəlbəcərdəki ermənilərin köçüb, qurtara bilməsi üçün əlavə vaxt verilməsi və Dağlıq Qarabağ ərazisindəki xristian məbədlərinin qorunması.

Çox pakizə. Lap əla. Azərbaycan üçün belə bir fürsət pozitiv məqamdır. Rusiya kimi nəhəng dövlətin lideri qalib Azərbaycandan icrası mümkün məsələləri xahiş edir və biz də bunu edirik.

Bu mərhələdə belə bir jestin edilməsi, digər mərhələlərdə ermənilər üçün hər hansı oxşar xahişlərin oluna biləcəyinin limitini azaldır.

Kəlbəcər və Ağdamın təhvil-təslim olunması problemli görünmür və görünən budur ki, hər ikisi zamanında təslim ediləcək. Lakin ermənilərin Laçınla bağlı hansısa cığallıq edəcəkləri də ehtimal olunur.

Ona görə də Putinin Kəlbəcər xahişi ilə əslində Azərbaycana yaxın gələcəkdəki Laçın kaprizlərini mümkünsüz edir. Ən azından, belə bir kaprizə Rusiyanın dəstəyini mümkünsüz etmişik.

Qaldı Qarabağdakı xristian, alban məbədlərinə… Onları bu günə qədər Azərbaycan və azərbaycanlılar qoruyub. Bundan sonra da qoruyacaq.

Onlar ermənilərin, yaxud da bir başqa xalqların deyil ki. O mədəblər bizim özümüzündür, tariximizin bir parçasıdır və biz öz tariximizi ermənilər kimi saxtalaşdırmadan, ona hörmət etməyi bacarırıq.

Bu baxımdan ruhdan düşmək, hansısa təslimçi kompromisə getdiyimizi fikirləşmək nonsensdir.

Azərbaycan gərginlik olmadan, təxribatsız, ağrısız bu prosesi keçmək və erməniləri torpaqlarımızdan çıxarmaq istəyir.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - modern.az

Qabil Hüseynli

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Kəlbəcərin boşaldılması üçün daha 10 gün möhlət istənilməsi bizi həyəcanlandırmamalıdır. Onun fikrincə, Azərbaycanın aldadılması və yaxud hansısa məkrli planın qurulması qeyri-mümkündür.

Analitik hesab edir ki, imzalanan bəyanatın arxasında tək Azərbaycan deyil, Türkiyə də dayanıb:

“Ona görə də məsələnin 10 gün uzadılması cəmiyyətdə narahatlıq yarada bilər, amma 27 ildən çox dözmüşüksə, 10 gün də dözmək çətin deyildi…

Çünki ermənilərin Kəlbəcərdən getməsi göz qabağındadır. Ordumuz müasir texnologiya, peyklə onların gedişini izləyir. Odur ki, heç bir yalan, hiylə ola bilməz.

Eyni zamanda deməliyəm ki, Kəlbəcər Ordumuzun müəyyən hissələrinin nəzarətinə keçmək üzrədir, onlar artıq torpaqlarımıza ayaq qoyublar.

Ağdamın, Laçının və Kəlbəcərin mütləq azad ediləcəyinə heç kim şübhə etməməlidir. Çünki Ali Baş Komandan İlham Əliyev bu proseslərə çox ciddi nəzarət edir.

Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk ordu hissələrinin monitorinq apardıqlarını, müasir dronlarla prosesi tam nəzarətdə saxladığını xüsusi vurğulamaq lazımdır.

Elə Paşinyanın özü də ölkə daxilində böhranı ram etmək üçün işğalçı erməni qoşunlarının İrəvana gəlmələrini əmr edib. Çünki bundan sonrakı proseslər Ermənistan daxilində cərəyan edəcək”.

Q.Hüseynlinin sözlərinə görə, sadəcə, ermənilərin törətdikləri yanğınlar bu xalqın necə barbar olduğunu dünya ictimai rəyinin gözü önünə sərməkdədir:

Vətəni Kəlbəcər olmayan ermənilər üçün orada evləri yandırmaq çətin deyil -  Tarixçi

“Ermənilər də çıxırlar, hərbçiləri də gedirlər. Amma gedərkən yağmalama ilə məşğuldurlar. Onlar evləri yandırır, ağacları kəsirlər. Unitazı özü ilə aparan millətin mənəviyyatından necə danışmaq olar?

Onlar nadir bitkilərlə zəngin meşələri yandırırlar, mal-qaranı aparırlar, hansını apara bilmirlərsə, öldürürlər. Bu, əsl vandalizm nümunəsidir.

Görəsən, Ermənistanı yaxasını cıra-cıra tərifləyən Fransa, Kanada və Qərbin bəzi liderləri bu mənzərəyə baxanda ürəyi bulanırmı?

Əslində ermənilər öz evlərini yox, vaxtilə ayaqyalın, başıaçıq qovub çıxardıqları kəlbəcərlilərin evlərini yandırırlar.

O vaxt Kəlbəcər camaatının çıxmasına az vaxt vermişdilər, başlarına güllə ataraq çıxın gedin əmri verilmişdi. Azərbaycan isə humanistlik göstərməkdədir”.

Azad İsazadə: “Uşaqların internetdən istifadəsi nəzarət altında olmalıdır”

Azad İsazadə: “Əsas məsələ erməni qoşunlarının oradan çıxmasıdır, mülki əhali ləng tərk etsə də, problem yoxdur”

Hərbi ekspert Azad İsazadə bildirdi ki, hər an təxribatları gözləməliyik. Onun fikrincə, ermənilər prosesi maksimum ləngitməyə çalışacaqlar.

“Onlar fikirləşirlər ki, bəlkə bu yolla nəyəsə nail oldular. Amma ləngimə olsa belə, bir-iki gün fərqlə hamısı Kəlbəcəri tərk edəcək.

Bizi maraqlandıran əsas məsələ erməni qoşunlarının oradan çıxmasıdır. Mülki əhali ləng tərk etsə də, problem yoxdur.

Digər tərəfdən, erməni qoşunlarını Xankəndinə aparırlarsa müəyyən qədər narahat ola bilərik. Amma Ermənistana gedirlərsə problem yoxdur”.

A.İsazadə qeyd etdi ki, Türkiyə Qarabağa sülhməramlı göndərəcək. Artıq bununla bağlı prezident Ərdoğan parlamentə sənəd göndərib: “Ermənilər mütləq şəkildə hər üç rayondan çıxmalıdırlar. Erməni ordusu da, əhalisi də getməlidir.

Ermeniler Fiziki Azeriler Beyaz Soykırım Uyguladılar Kürtlere | Bitlisname  Kürt Tarihi ve Toplum

Çünki Kəlbəcər əhalisini öz yurduna yerləşdirəcəyik. Orada heç vaxt erməni yaşamayıb. Ona görə infrastruktur qurulmalıdır, ərazi minalardan təmizlənməlidir.

Bundan sonra Türkiyənin səlahiyyəti nədən ibarət olacaq, harada yerləşəcəklər sualları aydınlaşmalıdır. İlk növbədə havada dronların harada nəzarət etməsi dayanır”.

Bu arada Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib ki, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılması ilə paralel olaraq Azərbaycan Ordusunun hissələri və qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir.

Onun sözlərinə görə, Kəlbəcərə bitişik olan ərazilər minalardan təmizlənib: “Azərbaycan Ordusu bu missiyanı bu gün yerinə yetirməyə hazırdır.

Postlara hərəkət Göygöl və Daşkəsən istiqamətindən həyata keçiriləcək. Artıq əhalinin tərketmə prosesi baş tutur. Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir. Heç bir təxribata yol verilmir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157329

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30