Üç günə məsələ həll olunubmuş

18.11.2020 - 10:40

Ancaq erməni generalları üçün fahişəlik 40 gün çəkməliymiş

Ermənistan ordusu Baş Qərargahının rəisi, general Onik Qasparyan dünən açıqlama verib, deyir həyatımın ən ağır günlərini yaşayıram. Sitat: “Biz ən pis variantla faciə arasında seçim etməyə məcbur idik və ən pis variantı seçdik. Başqa yolumuz yox idi”. Ancaq bundan sonra da klassik erməni həyasızlığından əl çəkmir, mübarizəni davam etdirməyə səsləyir. Görünür, erməni xalqının yetim-yesirləri, hələ ölümə göndəriləsi uşaqları qalır. Qasparyanın açıqlamasında bir hissə xüsusi diqqətimi çəkdi. Bunu yayda baş qərargaha rəis qoyublar, başlayıb ordunun vəziyyətini qiymətləndirməyə və Paşinyana məruzə edib ki, bəs davanı başlasaq Azərbaycan ağzımızı cıracaq, mümkün qədər buna yol vermək olmaz. Paşinyan isə təbii ki, tərsini elədi, danışıqları pozmaq, aqressiv bəyanatların dozasını daha da artırmaq yolunu tutdu.

Öz generalın sənə deyir ki, “mənə arxayın olub davaya başlama” (bir lətifə var bu temada, bilənlər bilməyənlərə danışsın – yazmaq mümkün deyil), ancaq sən dəli kimi dava-dava deyirsən. Burada məntiq axtaranlar erməni xalqına, onun tarixinə bələd olmayanlardır.

Qasparyanın sözündən məlum olur ki, ermənilər dava başlayanda mümkün qədər sürətlə Azərbaycana ağır zərbə vurmaq istəyiblər. Sitat: “Ermənistanın uzun müddət savaşmaq üçün, intensiv döyüşlər üçün potensialı yox idi. Mən bunu davanın dördüncü günü Təhlükəsizlik Şurasının iclasında məruzə elədim”. Vəziyyətin xarab olduğunu görəndə, davanın 4-cü günü Azərbaycana danışıqlar təklif ediblər, guya biz bundan imtina etmişik və sairə.

Əlbəttə, Azərbaycanı sülh danışıqlarından, ümumiyətlə, hər hansı danışıqlardan imtina etməkdə suçlamaq üçün insan gərək dünyanın ən axırıncı həyasızı olsun. Biz 27 il “sülh danışıqlarına”, ATƏT-in min cür zir-zibillərinin turist səfərlərinə, Ancey Kasprşikin meymunluqlarına dözmüşük. (Bu adamı söyməyə görə heç kim məni qınaya bilməz. Mən Füzulidən məcburi köçkünəm, bu Kasprşik isə 27 il cəbhə bölgəsində sülənib, lakin bizim evlərin darmadağın edilməsi, qəbirlərimizin sökülüb blindaj divarına vurulmasını öz ATƏT sədrinə məruzə etməyibdir. Adamın vəzifəsi “ATƏT sədrinin şəxsi nümayəndəsi, səhra köməkçisi”-filan idi, sanki zənn edirdi Füzuli və başqa rayonlar səhraya dönməlidir).

Bunların hamısını indi boş vermək olar, ordumuz qalib gəlib, daha ermənilər və onların bambılı tərəfdarları nə istəsələr çərənləsinlər – “qaliblər mühakimə olunmur”. Biz keçmişə yox, gələcəyə baxmalıyıq, torpaqlarımızı yenidən qurmalı, tikməli, abadlaşdırmalıyıq. Sadəcə, Qasparyanın açıqlamasından bir detalı da yazmaq istədim. Erməni general davanın 4-cü günü artıq bütün resurslarının tükəndiyini deyir. Yəni bizim “44 günlük müharibə” adı verdiyimiz prosesin əslində tam 40 günü Ermənistan ordusunun məhvindən, qaçmasından ibarət olub.

Bir söz var, deyir bir şapalaqlıq canı yoxdur, atlanıb düşür. Bəs görəsən, Ermənistan cəmi 3 gün savaşmaq potensialı ilə niyə o cür aqressiv davranırdı? Heç bir izah tapmaq olmur. Görünür, bunun üçün özümüzü ermənilərin yerinə qoymaq yetərli deyil, anadan erməni doğulmalısan. Elə Qasparyanın açıqlamasının yekun bəndləri də bu cür məntiqsiz sərsəmlikdən ibarətdir. Deyir gəlin toparlanaq, mübarizə davam edir, hazırlaşaq və sairə. 27 il işğal ərzində hazırlaşıb ortaya cəmi 3 günlük müqavimət qoyublar, başa düşmür ki, lap 270 il də hazırlaşsalar, bu davada uduzmağa məhkumdurlar.

Başqasının torpağına, mal-mülkünə göz dikmək yerinə həqiqi barışığa getmək, keçmişin acılarını unudub gözəl gələcək üçün bütün Qafqaz və dünya xalqlarıyla birgə, dinc qonşuluq şəraitində yaşamaq – erməni xalqının yeganə hazırlaşmalı olduğu proses budur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157387

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30