Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto

18.11.2020 - 16:31

Paytaxtın Hövsan qəsəbəsindən Suraxanıya işləyən 161 saylı marşrut xəttində olan avtobuslar sərnişinləri boğaza yığıb.

Yerli sakinləri bu xətt üzrə fəaliyyət göstərən sınıq-salxaq, natəmiz, oturacaqları bərbad vəziyyətdə olan avtobuslarda gedib-gəlməkdən cana doyublar.

Onların Reportyor.info-ya dediyinə görə, hər gün Hövsan sakinləri 161 saylı marşrutda zülm və işgəncə ilə üzləşirlər.

Sərnişinlər deyirlər ki, “Transgeyt” şirkətinə məxsus olan bu avtobuslar dağılıb-tökülüb, istismar müddəti başa çatmaq üzrədir, amma yığışdırılmır. Söhbətləşdiyimiz Hövsan sakinlərinin sözlərinə görə, onlar dəfələrlə bu marşrut xəttinin bağlanması üçün müraciət ediblər.

Hətta Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Eldar Əzizov da “Transgeyt”in bu bərba avtobuslarının yığışdırılmalı olduğunu söyləyib.

Amma bu günə qədər Bakı merinin göstərişinə və sakinlərin tələblərinə məhəl qoyulmur, sözügedən şirkət yarıtmaz fəaliyyətini davam etdirir.

Sakinlər bildirirlər ki, paytaxt gündən-günə yeniləşir, müasirləşir, ictimai nəqliyyat infrastrukturunda dəyişikliklər olunur, lakin Hövsanın 161 nömrəli sınıq-salxaq avtobuslardan canı qurtarmaq bilmir.

Onlar arzulayırlar ki, tezliklə səsləri eşidilsin, sözügedən marşrut xətti bağlansın, bir çox istiqamətlərə olduğu kimi Hövsan-Suraxanı üzrə də normal avtobuslar fəaliyyətə başlasın.

Şikayətçilər deyirlər ki, 161 saylı avtobuslar istifadəyə yararsızdır, sərnişinlər əziyyət çəkir, heç bir nizam-intizama, intervala riayət olunmur.

Hövsan sakinləri xahiş edirlər ki, müvafiq qurumlar onlara köməklik göstərsin, səliqəli, komfort avtobusları bu qəsəbədə də görsünlər.

 

Gülay

Reportyor.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157439

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30