“Ermənilərin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması işi aparılır” – Rusiya XİN

19.11.2020 - 15:15

Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə daim təmasdadır, Qarabağda münaqişə sonrası nizamlama işlərini koordinasiya edir.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün brifinqdə açıqlama verib.

“Ötən həftə Dağlıq Qarabağdakı vəziyyəti normallaşdırmaq üçün səylər davam etdirilir. Rusiya prezidentinin Azərbaycan prezidenti, Ermənistanın baş naziri ilə telefonu görüşləri keçirilib, bu müddətdə Dağlıq Qarabağ üzrə 9 noyabr tarixli üçtərəfli bəyanatda qeydə alınmış razılaşmaların həyata keçirilməsinin praktiki aspektləri müzakirə edilib” – deyə o, bildirib.

Mariya Zaxarova qeyd edib ki, Rusiya sülhməramlılarının təmas xətti boyunca və Dağlıq Qarabağı Ermənistanla əlaqələndirən Laçın dəhlizində yerləşdirilməsi davam edir, ermənilərin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması işi aparılır.

“Mərkəzin əməliyyat qrupu qaçqınların hərəkət prosesinə nəzarəti həyata keçirir. Ermənistan ərazisinə Kəlbəcər rayonundan kütləvi şəkildə əhali gəlir” – Zaxarova deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157486

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30