Fransanın “Paris Match” jurnalı Ermənistanın mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən yazır FOTO

20.11.2020 - 10:40

Fransanın “Paris Match” jurnalında dərc olunmuş məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından, Azərbaycan şəhərlərinə raket hücumları etməsindən, mülki əhalini qətlə yetirməsindən bəhs olunur.

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Ermənistanın Bərdəyə raket hücumu nəticəsində şəhərdə yaranmış vəziyyət təsvir edilir.

Bərdə şəhərində raket zərbəsinin endirildiyi ərazidə olan fransalı jurnalist buranın qan çanağına döndüyünü, 21 mülki azərbaycanlının cəsədini gördüyünü qeyd edir. O yazır ki, xilasedicilər yanmış maşınları aparırdılar. Ətrafdakı meyvə-tərəvəz mağazasının sahibi olan qadın indi həmin mağazanın yerində böyük bir çuxur yarandığını görəndə göz yaşlarına qərq oldu. Yaxınlıqdakı ət mağazası da əsl qırğın səhnəsini xatırladırdı. Həlak olan mülki insanların xatirəsini yad etmək üçün bu yerlərə güllər düzülürdü.

Müəllif Azərbaycanda hər tərəfdə “Qarabağ bizimdir!” şüarını eşitdiyini və gördüyünü bildirir.

Fransalı jurnalist cəbhə bölgəsinə də getdiklərini, yolboyu zirehli, yanmış, mərmilərdən yararsız vəziyyətə düşmüş maşınları gördüyünü yazır.

Məqalədə qeyd edilir ki, 1993-cü ildə ermənilər azərbaycanlı əhalini yurdlarından didərgin salıb, hətta onların qəbiristanlıqlarını belə dağıdıblar. Müəllif yolda dağıdılmış, vandalizmə məruz qalmış qəbirlərin yanında dayandıqlarını bildirir, onu müşayiət edən Samir adlı şəxsin bu acınacaqlı vəziyyət, hətta ermənilərin cəsədlərdən qızıl dişləri belə çıxarmaları haqqında məlumat verdiyini yazır.

“Azərbaycanlılar kilsələrə və qəbiristanlıqlara toxunmur”, – deyən Samir vurğuladı ki, bu ermənilər hara gedirlərsə, düşünürlər ora onlara məxsusdur. Görəcəksiniz, Fransada yaşayan ermənilər də bir gün deyəcəklər ki, ora onların ölkəsidir.

Müəllif yazır ki, Birinci Qarabağ müharibəsi haqqında xatirələrini bölüşən insanlar həmin vaxt demək olar əliyalın vuruşduqlarını deyirlər. İndi isə Azərbaycanın inkişaf etdiyi, hərbi büdcəsini qat-qat artırdığı qeyd edilir.

Məqalədə, həmçinin Azərbaycanın öz torpaqlarını bir aydan artıq müddət ərzində azad etməsindən söhbət açılır. Azad edilmiş ərazilərdə artıq elektrik çəkilişinin həyata keçirildiyi, oralarda yeni həyatın başladığı diqqətə çatdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157516

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30