Unutmağa haqqımız yoxdur…

21.11.2020 - 11:09

Elə uğurlar, elə qələbələr var ki, onları görüb ölməyin özü böyük xoşbəxtlikdir. Bəli, inanmaq çətindi; Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və hətta Şuşa qayıtdı! İndi də Ağdam, Kəlbəcər və Laçın qayıdır…

Bəli, heç də bütün dostlara, silahdaşlara, tərəfdaşlara və yaxınlara, minlərlə və daha çox azərbaycanlıya bu günləri görmək qismət olmadı.

Amma daha yaşlı insanlarımızın, xüsusən də ki, din adamlarının dediyinə görə, ruhlara da bu Dünyada baş verən hadisələr əyan olur, onlar da o biri Dünyada ola-ola, bu Dünyadan agah olurlar. Əlbəttə ki, bunu necə var qandıra, işarə edə, göstərə bilmirlər, bir qayda olaraq kimlərinsə, daha çox əzizlərinin və yaxınlarının yuxularına gəlir və bu yolla bizim sevincimizi və ya kədərimizi bölüşür və insanlar da onlar haqqında “Filankəsə də agah oldu!” deyirlər…

Bəli, bu dünayanın sirləri yaşav-yavaş agah olur, özü də təkcə o Dünyada pərvəriş tapan ruhlara yox, addım –addım bu prosesləri izləyən siyasi təhlilçilərə də.

Əlbəttə ki, hər şeyi yazmaq olmur. Təkcə ona görə yox ki, hər şeyi yazmaq mümkün və ən əsası da məsləhətli iş deyil. Həm də ona görə yazmaq olmur ki, çox şey hələ tamam aydın da deyil. Bu sözlər bizim Qarabağa da aiddir: suallar çoxdur, amma aydın olanı budur ki, bundan sonra Qarabağın qədrini daha çox biləcəyik, çünki onu ətimizlə, canımızla, dırnağımızla -qanımızla qaytarmalı olduq. Yüz illər bundan öncə qoc babalar, ərən dədələr də onu beləcə almışdı, amma sonradan bir az unutqanlıq oldu və bizim nəsil bu unutqanlığın bədəlini yetərincə ödəməli oldu. Düşünürük ki, bir daha olmaz, çünki unutmağa haqqımız yoxdur daha…

Bəlkə də bir dəfə tamam-kamal peşimanlıq yaşamağın nəticəsidir ki, indi insanlar hətta təhlükə görünməyən yerlərdə belə təhlükə görür və təkrar-təkrar təşviş yaşayırlar. Bunlardan biri də dünyada baş verən bir sıra böyük proseslərdir. Məsələn, kimsə ABŞ-da C.Baydenin hakimiyyətə gəlməsinin, digəri isə ABŞ-dan umacaqlı kiçik Moldovada Maya Sandu kimi zərif bir qadının prezident seçkisində qalib olmasının mümkün və qeyri-mümkün nəticələrini araşdırır.

Səbəbsiz də deyil bunlar. Düşünülür ki, Baydenin gəlişilə ABŞ-Rusiya münasibətlərində yaşanılacaq soyuqluq Dağlıq Qarabağ probleminə də öz təsirini göstərəcəkdir. Realdırmı? Zənn etmirik, çünki ABŞ-ın gücünü Dağlıq Qarabağ müstəvisində nümayiş etdirmək üçün xeyli vaxtı oldu və ən azı 25 il ərzində Vaşinqton çox şeylər edə bilərdi.

Leyk etmədi, üstəlik, özünü elə göstərdi ki, bu prosesdə “birinci əlcək” rolunu oynamaq və ya birinci plan aktyoru olmaq fikri yoxdur. Məsələn, 90-cı illərdə Dağlıq Qarabağ problemi ABŞ-ın Ki-Uest şəhərində müzakirə edilərkən buna nə qədər maraq vardı?

Amma belə məlum oldu ki, Vaşinqton sadəcə, göstərmək istədi ki, o da nəsə edir və ya etməyi düşünür. Bəli, ön plana Rusiyanı buraxmaq və ona daha çox şərait yaratmaq ki, Moskva problemi həll etmək olmasa da, iki düşmən tərəfi bəlli dairədə saxlaya bilsin. Məsələn, sülhməramlılar məsələsinə gələndə, hələ 90-cı illərdən aydın idi ki, ABŞ -ın bu prosesdə iştirakını gözləməyə dəyməz, çünki harasa canlı qüvvə göndərmək Ağ Ev üçün həmişə ən çətin iş olub.

Burada başqa bir şey ola bilər. Bayden hökumətinin daha ermənipərəst olacağı düşünülür və ABŞ bir həmsədr ölkə kimi hazırkı prosesə erməni diasporunun təzyiqilə müəyyən korrektələr etməyə çalışa bilər. Amma bu da elə də ehtimallı görünmür, çünki Bayden vəzifəsinin icarasına başlayana qədər biz qalan iki rayonumuzu da azad edəcək və ermənilərin məskunlaşdığı bir – iki rayonun da məsələsini çözməyə start verəcəyik…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157568

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30