Siyavuş Novruzov xaricdən deputatların dəvət olunmasını təklif etdi, sədr hələlik bunun mümkün olmadığını dedi

24.11.2020 - 12:02

Milli Məclisin plenar iclasında çıxış edən Regional məsələlər üzrə komitənin sədri Siyavuş Novruzov müzakirəyə çıxarılan qanun layihəsinə səs verəcəyini dedi. Daha sonra bildirdi ki, bir sıra hallarda yubileylər 5 ildən bir keçirilir: “Bu, Böyük Vətən Müharibəsi ilə bağlı qəbul olunmuşdu. Amma adətən, yubiley medalları onilliklərlə qeyd olunur”.

S.Novruzov əlavə etdi ki, hər bir hərbçimizə diqqət yetirməliyik: “Vaxtilə orden-medallar alanları az qala “vətən xaini” adlandırırdılar. Hər bir hərbçiyə verilən orden-medal onun əməyinə verilən qiymətdir. Vaxtilə bir sıra ölkələrdə ləğv olunsa da, ümummilli lider bu məsələni ölkəmizdə saxladı”.

Komitə sədri digər bir məsələdən danışarkən dedi ki, hazırda işğaldan azad olunmuş ərazilərdə araşdırmalar aparılır: “İmkan varsa, dostluq qrupları tərəfindən müəyyən insanları dəvət edib gətirmək və onların iştirakı ilə faktları aktlaşdırmaq yaxşı olardı”.

Parlamentin sədri Sahibə Qafarova bildirdi ki, bu gün dövlət tərəfindən kifayət qədər işlər görülür, diplomatik qurumların əməkdaşları da işğaldan azad olunan ərazilərə gedirlər. İmkan olarsa, təbii ki, bu məsələ həm də deputatların işidir. Amma indiki durumda hələlik bu, mümkün deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157707

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031