Sabah Kəlbəcər işğaldan azad ediləcək… ermənilərdən yeni sürpriz gözləyəkmi? – Tural Abbaslı ilə “Canlı debat”da

24.11.2020 - 12:14

Sabah Kəlbəcər işğaldan azad edilir. Dekabrın 1-də isə işğal tam bitir, indi nə etməli? Qarşıda bizi hansı işlər gözləyir? Ermənilərdən yeni sürprizlər gözləməliyikmi?

Ermənilər hələ də torpaqlarımızda gizlənir – şok iddia! Erməni hüquq müdafiəçisi Siranuş Saakyan KİV-lərə bildirib ki, onun məlumatına görə, ümumilikdə Azərbaycan əsirliyində 100-dən çox erməni var. Ermənistan tərəfin məlumatına görə, indiyədək Azərbaycan SQ-nin ələ keçirdiyi ərazilərdə gizlənən, ermənilər tərəfə keçməyə çalışan Ermənistan əsgərləri qalıb. Bizim də onlarda son müharibədən sonra əsirlərimiz var və hələ ki, qaytarmaq istəmirlər. Ermənistan rəhbərliyi hələ müharibədən əvvəl də “hamının hamıya” prinsipinə qarşı çıxırdılar. Çıxış yolu nədir?

Minalar müharibədən sonrakı ən ciddi problemdir. Füzulidə iki qardaş minaya düşmüşdü, dünən daha bir yüksək rütbəli hərçimiz, polkovnik Babək Səmidli Suqovuşanda minaya düşərək, şəhid olub . Hadisənin cəsədlərin axtarışı zamanı baş verdiyi bildirilir. Müharibədən sonrakı “mina müharibəsi” – ondan necə qurtulaq?

3,1 min kvadrat kilometrlik ərazinin “müstəqilliyi”-Ermənilər 10 noyabr razılaşmasından sonra Dağlıq Qarabağın 3,1 min kvadrat kilometrlik hissəsində qərarlaşıb. Həmin əraziyə Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələri daxildir. Amma hələ də Paşinyan “müstəqillik yuxusu”ndan ayılmayıb. Rusiya tərəfinin son açıqlamaları onu göstərir ki, bu ərazilərdə də Azərbaycan qanunları işləyəcək. 9 noyabr anlaşmasını möhkəmlədən, bəzi detalları da dəqiqləşdirən digər sənədlər nə zaman imzalana bilər?

Müxalifət siyasi fəaliyyətini dondurmuşdu, müharibə müddətində. İndi siyasi fəaliyyətə start verdilərmi, yeni plan-proqramları varmı, siyasi iqtidardan arzu və tələbləri nədir?

Bu və digər gündəm mövzularını bu gün saat 12.00-də Ağ Partiyanın lideri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, suallarınızı ünvanlaya bilərsiz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157713

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031