Silahlı ermənilərin Ermənistanda hərbi çevriliş planı – Paşinyan üçün daha bir kabus…

26.11.2020 - 10:48

Qarabağ savaşında məğlub olan Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti üçün növbəti təhlükə yaranıb. Belə ki, savaş meydanında Azərbaycan Ordusunun qarşısında mövqelərini tərk edib qaçan ermənilər silahlarını da özləri ilə aparıblar. İndi həmin silahlar nəzarətdən kənardadır. Bu da haqlı olaraq, vətəndaş müharibəsinin qaçılmaz olduğu düşmən ölkədə hərbi çevriliş məsələsini də gündəmə gətirib.

Heç şübhəsiz ki, silahlarını özləri ilə Ermənistana aparan düşmən hərbçiləri arasında Paşinyan hökumətindən narazı olanlar kifayət qədərdir. Həmin şəxslər silahlarını noyabrın 10-dakı üçtərəfli anlaşma ilə Azərbaycan qarşısında rüsvayçı məğlubiyyətini qəbul edən Paşinyana qarşı tuşlaya bilərlər. Onu da qeyd edək ki, məğlubiyyətin etirafından sonra düşmən ölkəni etiraz dalğası bürüyüb və hər keçən gün erməni baş nazirin istefasını tələb edənlərin sıraları genişlənir. Silahlı hərbçilərin həmin etirazçılara qoşulma ehtimalları da az deyil.

Emin Həsənli: “Həmin şəxslər ilk növbədə dövlətə və polisə hörmətsizlik  ediblər”

Emin Həsənli: “Ermənistanda sabitlik heç zaman mümkün olmayacaq”

Hərbi ekspert Emin Həsənli Ermənistanı bədbəxt gələcək gözlədiyini dedi: “Ermənistan bizim ötən əsrin 90-cı illərindəki dövrümüzü xatırladır. Xatırlayırsınızsa, o zaman bizdə də dəstələr var idi. Bu dəstələr silahlı çevrilişlər edirdilər, silahlı toqquşmalar yaradırdılar. Bu proseslərin bütün mənalarda Ermənistanda yaşandığını görürük. Təcavüzkar yaxın on illiklərdə düzələsi deyil. Onlar dünya güclərindən daim asılı olan dövlət olublar. Orada sabitlik mümkün deyil. Bunun mümkün olmasının yeganə yolu Türkiyə və Azərbaycanla normal münasibətlərin qurulması idi ki, bu şansı əllərindən qaçırdılar. Bu iki ölkə ilə normal münasibətlər qurmadan Ermənistanda sabitlik heç zaman mümkün olmayacaq. Onların beyni sağalmayana qədər bu proses davam edəcək və sonunda Ermənistanın məhvinə gətirib çıxaracaq. Düşmən ölkədə ağlı başında olanların çoxu oradan köçüb gediblər. Yerdə qalanlar da gedəcəklər. Biz orada davamlı böhranların şahidi olacağıq. 2016-cı ilin aprelindən sonra Sərkisyan hakimiyyətdən getdi. İndi də Paşinyan hakimiyyətdən gedəcək. Bundan sonra kimin orada iqtidara gəlməsindən asılı olmayaraq, böhran dərinləşəcək. Xalqa artıq nağıllar danışmaq mümkün deyil. Çünki ortada böyük və biabırçı məğlubiyyət var. Bundan sonra orada bir-birini hakimiyyətlər əvəz edəcək. Qonşu ölkələrlə normal münasibətləri olmayan bir dövlət böhrandan necə çıxa bilər? Get-gedə batacaqlar. Erməniləri inandırmışdılar ki, hansısa qüvvələr onları müdafiə edəcəklər, gəlib onların əvəzindən döyüşəcəklər. 44 günlük müharibə onlara anlatdı ki, Azərbaycanın öz torpaqlarını azad etməsi üçün qarşısında heç bir qüvvə dayana bilməz, Ermənistan əvəzindən də kimsə gəlib döyüşəsi deyil. Onlar Azərbaycana vurduqları ziyana görə təzminat ödəyəcəklər. Əgər bunu ödəməyə imkanları çatmırsa, əvəzində tarixi torpağımız olan Zəngəzuru qaytarsınlar. Bəlkə bundan sonra normal münasibətlər qurula bilər. Düşmənin tələblərimizi yerinə yetirməmək kimi şansları yoxdur. Ermənistan Azərbaycanın tələblərini sona qədər yerinə yetirməyə məcburdur”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

Elxan Şahinoğlu: “Nəzarətdən kənarda qalan silahlar Paşinyana gələcəkdə çox ciddi problemlər yarada bilər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun isə şərhi kifayət qədər diqqət çəkir: “Erməni silahlı qüvvələri ilə bağlı bir neçə yanaşma var. Bu kapitulyasiya aktında vurğulanırdı ki, Ermənistan silahlı birləşmələri işğal altındakı əraziləri boşaltmalıdır. İndi pis-yaxşı bu yerinə yetirilir. Artıq Kəlbəcərdən də çıxdılar və ordumuz ora daxil oldu. Bizdə başqa bir sual qalır ki, bəs Dağlıq Qarabağda qalan erməni separatçılarının əllərindəki silahlar necə olacaq. Bu bizim üçün önəmli məsələdir ki, onlar da tərk-silah olunmalıdır. Bunu kim və necə edəcək, hələ də sual olaraq qalır. Ermənistana keçən silahlara gəlincə, onlar əslində Ermənistan hökumətinin tələbi ilə sərhədi keçən kimi təhvil verilməli idi. Amma müharibə getdiyi müddətdə xəbərlər gəlirdi ki, bəziləri döyüş meydanını tərk edərək, Ermənistana qaçarkən özləri ilə silahları da aparırlar. Bu silahlar da nəzarətsiz qalır. Bir gün həmin silahlar Ermənistan hakimiyyətinin özünə problem yaradacaq. Erməni generalları içərisində narazı olanların olması mümkündür. Düzdür, Paşinyanın sözlərinə görə, o, kapitulyasiya aktına onun üçün imza atdı ki, hərbi generallar ona izah etdilər ki, artıq döyüşməyin bir mənası yoxdur. Amma hesab edirəm ki, hələ də Paşinyandan narazı qalan generallar var. Bir məsələ də hələ açıq qalıb. Biz bilmədik ki, Bakıya 10 noyabrda atılan raketin arxasında kimlər dayanırdı. Belə bir versiya var ki, Paşinyan Rusiyanın da tələbi ilə kapitulyasiya aktına razılaşandan sonra həmin saatlarda Bakının üzərində raketlər neytrallaşdırıldı və həmin narazı erməni generalları baş nazirlə razılaşmayaraq, vəziyyəti daha da gərginləşdirmək üçün o raketlərin atılmasını təmin etdi. Təsəvvür edin ki, həmin raket Bakı üzərində partlasaydı, bizim mülki insanlar arasında həlak olanlar olacaqdı. Bu isə müharibənin davamı demək olacaqdı. Hiss olunur ki, erməni hərbçilər arasında narazı olanlar var. Nəzarətdən kənarda qalan silahlar Paşinyana gələcəkdə çox ciddi problemlər yarada bilər. Məsələn, eyni hadisələr XX əsrin 90-cı illərində Azərbaycanda da yaşanmışdı. Qarabağ savaşında Surət Hüseynov dəstələri oradan çıxarandan sonra əllərdə nə qədər silah və sursat var idi. Bu silahları toplamaq üçün Azərbaycan hakimiyyətinə illərlə vaxt lazım gəldi. Eyni zaman kəsiyi Paşinyana lazım gələcək. İndi müxalifətin bir hissəsi ona etiraz edir. İstisna deyil ki, həmin müxalifətçilərə gizli şəkildə narazı hərbçilər qoşula bilərlər. Bu ölkədə belə bir təcrübə var. Dünya tarixinin nadir hadisələrindəndir ki, Ermənistan parlamenti gülləbaran edilmişdi, həmin nəzarətdən qalan silahlarla. İndi Ermənistanda nəzarətdən kənarda qalan silahlarda günahkarın özü elə Paşinyanın özüdür. Səfərbərlik elan edəndə belə bir açıqlama vermişdi ki, silahlanın, gedin Qarabağda döyüşün. Silahlandılar, amma Qarabağda döyüşmədilər. Gedib, təzədən geri qayıtdılar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157759

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031