Dabanla silinən Senat parçası, Kəlbəcərdən “qaçırılan” unitaz: kəlbəcərli jurnalistlərlə Canlı yayın

26.11.2020 - 15:45

Fransa Senatı arxamızca hürərkən, daban silməyə yarayan əsgi parçasını əleyhimizə qəbul edərkən eyni gündə müzəffər Ordumuz, qəhrəman əsgərlərimiz 27 il sonra Kəlbəcərə daxil oldu.

Əsgərlərimiz bir güllə atılmadan Kəlbəcərə – doğma yurdumuza qədəm qoydular. Bu, həm hərbi, həm diplomatik uğurumuzun nəticəsidir.

Eybi yox, ermənilər çıxarkən evlərini yandırdılar, ağacları kəsdilər, meşələrə od vurdular, ermənidən artıq erməni olan Senat qondarma respublikanı tanıyan qətnamə qəbul etdi, əsas odur ki, biz Kəlbəcərdəyik, Kəlbəcərə qayıtmışıq, heç bir sənəd, hikkəli addım bizim haqq mövqeyimizə kölgə sala bilməz. Artıq kəlbəcərlilərin üzü gülür, artıq Kəlbəcərin qarlı dağlarının üzü gülür.

Bütün bu söhbətləri Musavat.com-un canlı yayımında, saat 16:00-da “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlu 25 noyabr 2020-ci ili həsrətlə gözləyən Kəlbəcərin tanınmış jurnalistləri ilə müzakirə edəcək.

Bu gün efirimizdə Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az-ın baş redaktoru Elşad Eyvazlı və “Yeni Müsavat” Media Qrupunun siyasət yazarı, “Tərəqqi” medallı jurnalist Etibar Seyidağa ilə Kəlbəcərdən danışacağıq. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, suallarınızı ünvanlaya bilərsiz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157777

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031