İsveçdə azərbaycanlı iş adamına məxsus restoran yandırıldı – Foto+video

30.11.2020 - 11:27

İsveçin Göteburq şəhərində azərbaycanlı iş adamına məxsus restoran yandırılıb. Xeber.de-nin məlumatına görə, naməlum şəxs və ya şəxslər gecə saatlarında azərbaycanlı iş adamı Kənan Hacıəkbəroğluna məxsus “Vitt Hem – Qarabağ” restoranına molotov kokteyli atıblar. Nəticədə restoran yanaraq, tam yararsız hala düşüb. Hadisə yerinə polis və yanğınsöndürənlər gəliblər.

K.Hacıəkbəroğlu Xeber.de-yə açıqlamasında bildirib ki, polis ona yanğından sonra məlumat verib : “Mən əraziyə gəlib çatanda, restoran tamamilə yanmışdı. İçəridən bir əşya belə çıxara bilmədik. Ehtimal var ki, içəri molotov kokteyli bənzəri bir şey atıblar və bu da yanğına səbəb olub. Mən ermənilərdən şübhələnirəm. Ancaq istintaqın nəticəsini gözləməliyik. Görək, onlar nə deyəcəklər”.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhərmancasına şəhid olub.

O, keçmiş batalyon komandiri Hacı Əkbər Rüstəmovun oğludur.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157863

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930