Ermənistanda Qarabağdan gələnlərə qarşı zorakılığa çağırış edildi

06.12.2020 - 16:33

Ermənistanda sosial şəbəkələrdə Qarabağdan gələn ermənilərə və siyasətçilərə qarşı zorakılığa çağırış edən şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorunun müşaviri Qor Abramyan bildirib.

“Noyabrın 13-də sosial şəbəkə istifadəçilərindən birinin “Facebook” səhifəsində avtomobildə oturan şəxsin açıq şəkildə müəyyən siyasi qüvvələrin nümayəndələrinə, eləcə də Qarabağ ermənilərinə qarşı zorakılığa çağırdığı video yayımlanıb”.

Onun sözlərinə görə, video Baş Prokurorluğun həyata keçirdiyi sosial şəbəkələrin media monitorinqi ilə qeydə alınıb. Həmin şəxsə qarşı dekabrın 2-də cinayət işi açılıb. Cinayət işi İstintaq İdarəsinə göndərilib.

İlkin istintaq zamanı bu hərəkəti törətməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs olunub.

Ermənistan ombudsmanı Arman Tatoyan bu cür çağırışları pislədiyini deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158086

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930