Rusiya prezidenti Qarabağ razılaşmasının icrasından danışdı

18.12.2020 - 15:11

“Qarabağla bağlı məlum razılaşma bütövlükdə ardıcıllıqla həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

“Rusiyanın Qarabağ bölgəsində qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq, sabitləşmə prosesinə başlamaq üçün müəyyən vasitəçilik səyləri göstərdiyi artıq qeyd olunub. Biz ATƏT-in Minsk qrupu tərəfindən əldə edilmiş başlıca razılaşmalara əməl etməyə çalışırdıq”, – Rusiya lideri deyib.

O, noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatdan da danışıb: “Bu sənədin ardıcıl şəkildə həyata keçirilməsi mühümdür. Təmas xətti boyu yerləşdirilən Rusiya sülhməramlıları yeni gərginliyə yol verməmək üçün əllərindən gələni edirlər”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsində hamımıza yaxın olan MDB üzv ölkələri – Azərbaycan və Ermənistanın cəlb olunduğu silahlı qarşıdurmaya görə hamımız həyəcan keçirirdik: “Çox sayda insan tələfatına səbəb olan döyüş əməliyyatları Cənubi Qafqazdakı, onsuz da, mürəkkəb olan vəziyyəti daha da kəskinləşdirdi, terrorçuluq təhlükəsinin daha da yayılması ehtimalını artırdı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158583

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930