Ərdoğan: “Şərqi Aralıq dənizi və S-400 məsələsində Türkiyə ədalətsizliklə üzləşdi”

23.12.2020 - 15:06

“Türkiyənin sanksiya və böhtanlara boyun əyməyəcək ölkə olduğunu artıq hər kəs dərk etməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn ildən etibarən Türkiyə ABŞ və Avropa İttifaqı ilə münasibətlərində yeni bir səhifə açmağı arzulayır.

“Həm Şərqi Aralıq dənizi, həm də S-400 məsələsində Türkiyə haqq etmədiyi ədalətsizliklə üzləşdi”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan, ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin də Türkiyə-ABŞ əlaqələrinə lazım olan dəstəyi verəcəyinə inandığını vurğulayıb: “Bizə sarı bir addım gələnə, biz qaçaraq getdik və gedəcəyik”.

Türkiyə Prezidenti onu da qeyd edib ki, ölkəsi Qərb ölkələri ilə bərabər, Şərq ölkələri ilə də əlaqələrini inkişaf etdirmək niyyətindədir: “Avropa İttifaqı və ABŞ-la münasibətlərimizi inkişaf etdirərkən nə türk dünyasını, nə Asiyanı, nə də Afrikanı unudarıq. Uzatdığımız əli tutan bütün dostlarımızla birgə çalışmağı, xüsusilə regiondakı gərginliklərin azaldılması üçün fəaliyyətlərimizi davam etdirəcəyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158741

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930