Media eksperti və jurnalist “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

25.12.2020 - 15:36
Xalid Ağalıyev və Nəsimi Şərəfxanlı hazırda orduda xidmət edirlər
Prezident İlham Əliyev dekabrın 24-də Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yüzlərlə hərbçinin adı qeyd olunan sərəncamda 8 general-leytenant, 8 general mayor, 47 polkovnik, 201 nəfər polkovnik, 100 nəfərdən mayor və digər rütbəlilər də var. 150-dən çox hərbçi ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalıyla təltif edilib.
Onların arasında Dövlət Sərhəd Xidmətinin general-leytenantı İlham Mehdiyev, Sərhəd Qoşunları hərbi qulluqçuların komandiri Əfqan Nağıyev, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev, onun müavini Kənan Seyidov, müdafiə nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyev, Mayis Bərxudarov, Anar Kərimov, Aqşin Məhərrəmov, VI ordu korpusunun komandiri Mübariz Rzayev, Rəsul Tağıyev və artilleriya qoşunlarının komandanı Ağamir Sultanovun adı var.
Təltif edilənlər sırasında hüquqşünas (leytenant) Xalid Ağalıyev və jurnalist (baş leytenant) Nəsimi Şərəfxanlının da adı yer alıb.
Dövlət başçısı İlham Əliyev dekabrın 9 və 15-də II Qarabağ Müharibəsində iştirak edən hərbi qulluqçuları “Zəfər”, “Qarabağ”, “Azərbaycan Milli Qəhrəmanı”, “Azərbaycan Bayrağı”, “Rəşadət” və “Vətən uğrunda” ordenləriylə təltif edib.
Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunduğu bildirilir.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.
Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.
“Cəbrayılın azad olunmasına görə” medalı
“Cəbrayılın azad olunmasına görə” medalı
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158858

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930