“Forbes” İtaliyaya çatan Xəzər qazından yazdı: “Avropa Birliyi hələ də Rusiyadan asılıdır”

09.01.2021 - 13:20

“Ermənistanla Azərbaycan arasındakı atəşkəsə də Moskva nəzarət edir”

“Cənub Qaz Dəhlizi ötən ilin son günündən etibarən fəaliyyətə başlayıb. Azərbaycanın neft və qaz kompaniyası olan SOCAR-ın verdiyi məlumata görə, “Şahdəniz” yatağında hasil edilən qaz İtaliyaya çatdırılıb”. Amerikanın “Forbes” jurnalında gedən irihəçmli məqalədə belə deyilir.

Jurnal vurğulayır ki, hər il 16 milyard kub.metr Azərbaycan qazı bu xətlə daşınacaq. 6 kub.metr qaz Türkiyəyə çatacaq. 10 milyard kub.metr qaz isə Avropaya ötürüləcək. Avropaya çatdırılan Azərbaycan qazının 8 milyard kub.metri İtaliyaya gedəcək. Yunanıstan və Bolqarıstanın hər biri isə 1 milyard kyb.metr qaz alacaq.

Amerika nəşri qeyd edir ki, 2020-ci ilin birinci rübündə Avropa Birliyinə ixrac edilən təbii qazın 40 faizi, neftin isə 30 faizi Rusiyaya məxsus olub. Bu isə o deməkdir ki, Avropa Birliyi hələ də Rusiyanın enerji qaynaqlarından asılı olaraq qalır. Geo-siaysi vəziyyət elədir ki, Rusiya açar xarakterli siyasi təzyiq vasitələrini öz əlində saxlayır. Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş atəşkəs də rəsmi Moskvanın nəzarətindədir. Gərəkən vaxt bu atəşkəs pozula bilər.

Jurnal vurğulayır ki, Azərbaycan qazının Avropaya çatdırılması Rusiyanı qazın qiymətində xeyli güzəştə getməyə təhrik edəcək.

Elbəyi Həsənli, Sürix

Bad News For Russia, As Gas From Azerbaijan Now Flows To Western Europe 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159510

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930