Əli Nağıyev Armen Abazyanla görüşüb SON DƏQİQƏ

09.01.2021 - 16:39

Azərbaycan və Ermənistanın təhlükəsizlik xidmətləri rəisləri sərhəd bölgəsində bir araya gəldilər

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə işgüzar görüş keçirib”. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi şənbə günü məlumat yayib

Musavat.com “Sputnik Armenia”nın yaydığı xəbərə istinadən yazır ki, görüş Ermənistanın Ararat(Vedi) bölgəsinin Yerasx icmasına bitişik bitərəf bir sərhəd zonasında baş verib. Naxçıvanla sərhəddə yerləşən Yerasx kəndinin qədim adı Arazdəyəndir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulub.

Ermənistan qaynaqlarının yaydıqları xəbərdə bildirilir ki, görüşdə məhbus mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycanın bəzi Telegram qaynaqları isə bildirir ki, görüşdə Naxçıvanın işğal altında olan Kərki kəndinin geri qaytarılması məsələləri də müzakirə olunub.

Azərbaycan DTX məlumat yayan kimi, onu da təqdim edəcəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159525

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930