Nikolun hakimiyyətdən gedəcəyi gün – üstümüzə “IV respublika” gəlir!..

13.01.2021 - 15:37

Kapitulyasiyaya imza atan Nikol Paşinyana qarşı ölkəsində istefa tələbləri çoxalıb. Katolikos II Qaregindən tutmuş, Ermənistan Yazıçılar Birliyinədək az qala, bütün ictimai-siyasi qurumlar, eləcə də Rusiyadakı erməni diasporunun rəhbərliyi “İstefa!” deyir. 17 partiyanı birləşdirən müxalifət də öz yerində.

Paşinyan isə dirənib. Çünki əhalinin əksəriyyəti istefa məsələsinə laqeyddir. Bunun da mühüm səbəbi var: geniş kütlə yeni reallıqla barışmaq istəməyən müxalifətə və onun ölkədə nəyisə müsbətə dəyişə biləcəyinə inanmır. Düz də edir. Üstəgəl, getdikcə daha dramatik şəkil alan dolanışıq problemi, ölkənin başının üstünü almaqda olan qıtlıq, aclıq təhlükəsi.

Həqiqətən, guya müxalifətin əsas namizədi Vazgen Manukyan iqtidara gəlsə, Putinin imzası olan Moskva bəyannamələri ləğv edəcək? Ermənistan heç “bərk gedən” vaxtlarda Kremlə asi ola bilməyib, o iki ola indi – miskin və yazıq kökdə ikən.

Paşinyanı ittiham eləməyə, satqın kimi damğalamağa nə var. Amma gərək heç olmasa, ona kimi ölkədə olanları da etiraf edəsən. Paşinyanadək olan ən böyük gerçək isə ondan ibarətdir ki, Azərbaycan xalqının səbir kasasını böyük ölçüdə məhz Qarabağ klanının 20 illik hakimiyyəti, Serj Sərksiyan və Robert Köçəryan doldurmuşdu. Sadəcə, “kasanın” daşması üçün bir neçə “damcı” lazım idi ki, onu da Nikol əlavə elədi. Vəssalam.

Ancaq indi baxırsan, xaricdəki, Qərbdəki erməni diasporu da istefa tələb edir. Məlumatlara görə, hətta diasporun ünlü simaları Nikol Paşinyan iqtidardan getməyənədək Ermənistana yardım göstərməyəcəkləri, heç bir ianə kampaniyası təşkil etməyəcəkləri haqda qərar veriblər. Bunu həm də kütlənin hökumətə qarşı etirazlarda fəal iştirak eləməməsi ilə əsaslandırıblar.

Tipik daşnak xisləti yəni. Erməni “humanizmi”nin mahiyyəti necə də çılpaq şəkildə görünür. Diasporun məntiqincə, ölkədə erməni uşaqlar acından ölsə də olar, əsas odur ki, hakimiyyət dəyişsin. Amma həmin diaspor 2 il yarım öncə “qərbçi” Nikolun hakimiyyətə gəlməsi üçün əlindən gələni eləmişdi. İndi isə valı dəyişib.

Elə Ermənistan prezidenti Armen Sərkisyan da. Paşinyan komandasının getməsinin tərəfdarı olan Sərkisyan o gün Ermənistanın mövcud böhrandan çıxması üçün “4-cü respublika”nın yaradılmalı olduğunu söyləyib. Daha doğrusu, qələmə aldığı məqalədə belə yazıb.

Dərhal sual yaranır: guya əvvəlki üçü nə idi ki? Yaddaşımızı içə salaq: həmin üç respublika – SSRİ qurulmazdan öncə təxminən 2 il mövcud olmuş daşnak respublikası, Sovet İttifaqı tərkibindəki Ermənistan SSR və bir də sovetlərin süqutundan sonra guya müstəqillik qazanmış hazırkı Ermənistan Respublikasıdır. Onların hər üçü qonşu respublikalara qarşı düşmən münasibətdə olub, onların ayağının altını qazıyıb, qonşulara qarşı torpaq iddiaları irəli sürüb.

Sovet dönəmində İrəvanın “Ararat” futbol klubunu orta nəsil yaxşı xatırlayar. “Ararat” Türkiyədəki Ağrı dağının ermənicə adıdır. Eyni qaydada hətta keçmiş DQMV-yə daxil olmayan rayonlarımızın adları erməniləşdirilmişdi – artıq üçüncü, yəni indiki Ermənistan Respublikası tərəfindən. Hansı 3-cü respublika ki, onun gerbində Ağrı dağı, konstitusiyasında isə qardaş Türkiyəyə ərazi iddiası əksini tapıb…

IV respublika guya onlardan geri qalacaq? Ot kökü üstdə bitmir bəyəm? Elə IV respublika təşəbbüsü ilə çıxış edən prezident Sərkisyanı özü 44 günlük müharibə zamanı verdiyi müsahibələrdə hansı yalanları, sərsəmləmələri ifraz eləmədi ki? Hansı hoqqalardan çıxmadı ki? Stalinin guya 1923-cü ildə Dağlıq Qarabağa Ermənistandan zorla qopardaraq Azərbaycana verdiyini iddia eləməklə yaxın tarixi belə saxtalaşdıran birisinin yeni respublika arzusu konstruktiv ola bilərmi? Ötən sərin əsrin 48-50-ci illərində azərbaycanlı köklü əhalinin Ermənistandan deportasiyası haqda qəddar bir qərar vermiş Stalin azərbaycanpərəst imiş sən demə…

Məsələ ondadır ki, bu üç respublika erməni xalqına da bədbəxtliklər, müsibətlər gətirib. Şəkk-şübhə yox ki, IV respublika onlardan “iki çömçə” artıq olacaq, çünki nə erməni siyasi elitası, nə də xaricdəki diaspor belə görünür, xroniki “erməni xəstəliyi”ndən hələ sağalmayıb. Ondansa elə Paşinyan qalıb da öz postunda. Yenə məhz onun öz xalqına hanssa yaxşılığı dəyə bilər. Zira, başı artıq bütün daşlara dəyib…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159757

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031