Qarabağda Rusiya sülhməramlıları üçün modul şəhərcik inşa edildi

01.02.2021 - 10:22

Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri sülhməramlıları Qarabağda yerləşdirmək üçün yeni modul bloklu şəhərcik salıblar.

Bu barədə “Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, bu, sayca dördüncü şəhərcikdir və 60 yer üçün nəzərdə tutulub.

“Modul qəsəbələrin tikintisi şəxsi heyət üçün rahat həyat və məişət şəraiti yaratmağa və səhra yemək məntəqələrindən, hamam, çamaşır yerlərindən, səhra anbarlarından imtina etməyə imkan verir”, – nazirliyin xəbərində deyilir.

Mebel və məişət texnikası ilə təchiz olunmuş şəhərcik həyat şəraiti sisteminin bütün zəruri komponentlərini əhatə edir. Ərazidə hamam, tibb məntəqəsi, uniforma təmizləyici otağı, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160421

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31