Udo Ştaynbax: “Digər dinlərə qarşı tolerantlıq Azərbaycanın unikal özəlliyidir”

03.02.2021 - 16:54

“Azərbaycanda İslam bir çox digər müsəlman ölkələrindən, xüsusən də azərbaycanlıların əksəriyyətinin mənsub olduğu şiə təriqətinin hökmran olduğu qonşu İrandan fərqlənir”.

Bu sözləri “Report”a Yaxın Şərq üzrə almaniyalı nüfuzlu ekspert, islamşünas professor Udo Ştaynbax deyib.

“Rusiya Cənubi Qafqazı (tarixi Azərbaycanın bəzi hissələri də daxil olmaqla) ilhaq etdikdən sonra Azərbaycan elitası çar imperatorluğunun modernləşdirilməsində iştirak edib, bu da hər şeydən əlavə dünyəviləşmə deməkdir. Azərbaycan xalqı (Rusiya İmperiyası daxilində) müsəlman dünyasının ən müasir üzvlərindən biri olub. Bu həm mədəni həyatda, həm də 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasında öz əksini tapıb. Eyni zamanda, Rusiya və İranın azərbaycanlı elitaları və xalqları arasında əlaqələr güclü idi. Sonradan, 1920-ci ildə Sovet işğalından sonra dünyəviləşmə hətta zorla tətbiq olunmağa başladı və Azərbaycan cəmiyyəti yüksək dərəcədə sovetləşdirildi”, – alim xatırladıb.

U.Ştaynbax qeyd edib ki, bütün bu faktları Azərbaycanın din baxımından digər müsəlman cəmiyyətlərindən nə üçün fərqləndiyini qısaca izah etmək sadalayıb.

“Dünyəvilik və digər dinlərə qarşı tolerantlıq ölkənin xarici imicinin heyranedici özəlliyidir” deyən ekspert Azərbaycan rəhbərliyinin bu siyasəti davam etdirməli və uzaqgörən siyasi və sosial tədbirlər vasitəsilə ölkənin müasir müsəlman dünyasının digər bölgələrdən fərqli yer kimi cəlbediciliyini gücləndirməli olduğunu vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160534

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930