Ermənistanın hakim partiyasının başçısı: “Robert Köçəryandan qorxmuruq”

08.02.2021 - 17:35

“Biz Robert Köçəryanın növbədənkənar parlament seçkilərində iştirakından qorxmuruq. Onun bu qərarını müzakirə etməmişik”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının başçısı Lilit Makunts ölkənin keçmiş prezidenti R.Koçaryanın siyasətə qayıdışı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Qərarı qorxudan qəbul etməyimiz mümkün deyil. Növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi tərəfimizdən təklif edilib”, – o bildirib.

Fraksiya başçısı söyləyib ki, Ermənistanın böhrandan çıxması ilə bağlı “yol xəritəsi” reallaşdırmağı davam etdirirlər. Bunun nəticələrinə əsasən, növbədənkənar seçkilərin keçirilməsi məsələsini müzakirə etmək olar.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsini parlamentdəki müxalifət, eləcə də parlamentdənkənar qüvvələr tərəfindən də müsbət qarşılanmayıb. Deputat bu ilin iyununda “yol xəritəsi”nin həyata keçirilməsinə yekun vuracaqlarını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160893

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930