İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslər saxlanılıb -FOTO

10.02.2021 - 16:00

İşğaldan azad olunan ərazilərə qanunsuz səfər edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də bu qaydaları pozan vətəndaşlara rast gəlinib.

“Ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq postlardan kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir.

Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazilərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə qeyd edilən rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçmiş 6 nəfər Ağcabədi rayon sakini – Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev və Mahir Mamedov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”, – deyə DİN-in məlumatında qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161101

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930