Müharibə dövründə Azərbaycanı və erməniləri dəstəkləyən türkiyəli məşhurlar kimlərdir? – VİDEO

10.02.2021 - 16:28

Azərbaycan-Ermənistan arasında yaşanan 44 günlük müharibə ordumuzu zəfər çalması ilə bitsə də, sosial media platformasında müzakirələr davam edir.

Türkiyənin izləyiciləri çox olan “Youtube” kanallarında müharibə dövründə məşhur simaların hansı ölkəyə dəstək olması barədə video-roliklər yayımlanır. Qeyd edək ki, Azərbaycan-Ermənistan arasında yaşanan müharibədə Türkiyə daim ölkəmizin yanında olaraq, öz dəstəyini əsirgəməyib. Elə türkiyəli sənət adamlarının da əksəriyyəti iki ölkə arasında yaşanan müharibəyə səssiz qalmadı. Onların böyük əksəriyyəti qardaş ölkə kimi hər zaman Azərbaycanın yanında olduqlarını və ölkəmizi dəstəklədiklərini bildirdilər.

Bəs, türkiyəli məşhurlardan kim, hansı ölkəyə dəstək oldu?

Musavat.com mövzu ilə bağlı yazı hazırlayıb.

Azərbaycana dəstək olan türkiyəli sənət adamları arasında aktrisa Hülya Köçyiğit, aktyor Haluk Bilginer, Engin Altan Düzyatan, Oktay Kanarca, müğənnilər Demet Akalın, Seda Sayan, Serdar Ortaç, Alişan, Sinan Akçıl, aparıcı Seren Serengil və başqaları oldu. Hətta Kim Kardaşyanın ermənilərə dəstək olması türkiyəli məşhurları özündən çıxardı.

Belə ki, “Show TV”nin xəbərlər proqramının aparıcısı Ece Üner Türkiyə və Azərbaycan haqqında qalmaqallı sözlər yazan erməni əsilli məşhur realiti-şou ulduzu Kim Kardaşyanı tənqid etdi: “Kardaşyanın kameralara göstərməyə öyrəşdiyi bir amilinin olduğunu hamımız bilirik. Bu sözləri yazarkən də həmin amilini əsas götürüb görəsən?”,-deyə bildirdi.

Onun sözləri sosial şəbəkədə qısa zamanda yayıldı və insanlar tərəfindən bəyənildi. Lakin aktrisa Dəniz Çakır Ünerin fikirlərini tənqid etdi. Aktrisa sosial şəbəkədə Ecenin ünvanına,- “Bu nədir… Necə bir avam yanaşmadır. Bu üsulla “Ana haber” aparır”,- sözlərini yazdı.

Çakırın sözləri də cavabsız qalmadı. Üner,- “Mən adi qadınların haqqını müdafiə edərkən siz harada idiniz? Kardaşyanla qadın haqları müdafiəçisi olduğunuz kimin ağlına gələrdi? Səmimiyyətsizliyiniz mədə bulandırır. Bir az da Can Yüceli oxuyun, dərk etməniz yerinə gəlsin”,- deyə aktrisaya cavab verdi.

ECE ÜNER DENİZ ÇAKIR ile ilgili görsel sonucu

Türkiyəli sənətçilər də Ece Üner və Dəniz Çakır mübahisəsinə biganə qalmadı. Müğənni Yaşar İpek aktrisanın ünvanına,- “İnanılmayan tək şey sənin ağzından çıxanı bəzən qulağının eşitməməsidir.

İyrənc ombası və sinəsi ilə qürurlanan Kim Kardaşyandan sənə nə? Otur, sənə sıfır. Sabah müharibəyə getsək, “bizə nə” deyəcəksən, əminəm. Amma elə deyil, Dəniz, bu gün mənə, sabah sənə. Dünya dönür… Xocalı soyqırımını aç oxu, dünən ağlaya-ağlaya oxudum. Bunu müdafiə edənə insan nə desin? Biz türkük, qanımıza toxunulanda nə yer, nə də zaman tanıyırıq”,- ifadələrini yazdı.

Müğənni Alişan da Çakırı tənqid edib. “Sən və sənin kimilərə artıq təəccüblənmirəm. Ece Üner sənə verə bilinəcək ən gözəl cavabı verdi. Bir də insan avam olsun, ancaq başqa şey olmasın. “Şeyi” də sən başa düş artıq”,- sözlərini qeyd etdi.

Alişan DENİZ ÇAKIR ile ilgili görsel sonucu

Bundan əlavə Alişan və Sərdar Ortac dəfələrlə Azərbaycan haqqında paylaşım edərək, ölkəmizin yanında olduğunu göstərdi.

Hər zaman Azərbaycana dəstək nümayiş etdirən məşhur sənətçi Sərdar Ortaç isə bildirdi ki, Ermənistan günahlar etməkdə, mülki insanları qətlə yetirməkdə davam edir: “Körpə, uşaq demədən məsum insanları öldürürlər. İnsanlıqdan nəsibini almayanlar etdikləri günahların hesabını verəcəklər”,- deyə bir paylaşımında qeyd etdi.

Serdar Ortaç ile ilgili görsel sonucu

Sərdar Ortac hətta müharibəyə getməyə hazır olduğunu da açıqladı.

Türkiyənin məşhur müğənnisi Tarkan da Azərbaycana dəstək nümayiş etdirdi.

Məşhur sənətçi 5 milyona yaxın izləyicisi olan “İnstagram” səhifəsində Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq, qeyd etdi:

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlar zamanı həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara qısa zamanda şəfalar diləyirəm. Çox üzülürəm. Qəlbim Azərbaycan xalqı ilədir”.

Müğənni Ebru Gündeş ile ilgili görsel sonucu

Müğənni Ebru Gündeş Azərbaycan xalqının yanında olduğunu yazdı:

“Canımız Azərbaycana edilən xain hücumu şiddətlə qınayır, itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət, yaralılarımız üçün acil şəfa diləyirəm. Hər zaman, hər şərtdə yanınızdayıq! Dualarımız sizinlə!”

Müğənni Uğur İşılak isə keçmişdə ermənilərin türklərə qarşı törətdiyi soyqırımı xatırladaraq, Azərbaycana dəstəyini bildirdi.

Acun Ilıcalı karabağ ile ilgili görsel sonucu

TV8-in rəhbəri Acun Ilıcalı Qarabağ savaşında Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd etdi: “Qarabağı azad etmək üçün haqlı mübarizə göstərən azərbaycanlı qardaşlarımızın yanındayıq. Mülki insanlara qədər uzanan qanlı qəddarlığı lənətləyirəm!”

Dəniz Çakırdan başqa ermənipərəstliyini nümayiş etdirən məşhurlardan biri də Azərbaycanda çoxsaylı oxucusu olan məşhur türk yazıçısı Elif Şafak oldu. O şəxsi “Twitter” hesabından Ermənistana dəstək məqsədli paylaşım etdi.

Elif Şafak ile ilgili görsel sonucu

O, erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşıb və HDP-nin erməni əsilli deputatına təşəkkürünü bildirdi.

Şafakın bu addımından sonra sosial şəbəkələrdə Azərbaycanda onun kitablarının boykot edilməsi tələb edildi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161117

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930