Ramiz Mehdiyev “Heydər Əliyev” ordenindən məhrum edilə bilər- “YAP-da müzakirələr gedir”

12.02.2021 - 16:01
Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin “Heydər Əliyev” ordenindən məhrum ediləcəyi gözlənilir. 
Musavat.com sfera.az-a istinadən xəbər verir ki, bu iddia ilə sabiq millət vəkili Alqış Musayev çıxış edib. O bildirib ki, hazırda bu məsələ ilə bağlı YAP-da müzakirələr gedir.
“Deyilənə görə, YAP-ın rəhbərliyində Ramiz Mehdiyevin “Heydər Əliyev” ordenindən məhrum edilməsiylə bağlı müzakirələr gedir. Bu məsələnin yaxın günlərdə qaldırılacağı gözlənilir”, – deyə A.Musayev qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin 23 oktyabrında R.Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Elə həmin gün Prezident R.Mehdiyevi qəbul edərək ona ordeni təqdim edib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161314

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031