“Məni əsir götürmüşdülər”: Vətən savaşının “qeyri – qanuni” könüllüsü Mehman FOTO VİDEO

18.02.2021 - 11:11

Qəhrəmanımız Tovuz döyüşləri zamanı geniş ictimaiyyətin tanıyıb sevdiyi 20 yaşlı Mehman Əliyoldaşovdur. O Mehman ki, ürəyindən yenicə əməliyyat olunmasına rəğmən Tovuza gəlib, cəbhəyə – döyüşə getmək istəmiş, lakin sağlamlıq vəziyyətinə görə ona icazə verilməmişdi.

“Yeni Müsavat”ın reportyor qrupu o vaxt onu çəkib sizlərə təqdim etmişdi; lakin onun sonrakı taleyindən xəbərimiz olmamışdı.

Belə məlum olur ki, Mehman nə qədər “yox” cavabı alsa da, geri dönməyib və müharibə başlayanda könüllü kimi müvafiq qurumlara müraciət edib. Nəticədə 44 günlük vətən müharibəsində ordumuza yardım edərək, əlindən gələni əsirgəməyib.

Mehmanın cəbhə macəraları da olub. Onu hətta əsir də götürübmüşlər. Kim və necə? Gəlin bu hekayələri onun özündən dinləyək. Musavat.com Mehman Əliyoldaşovun yeni hekayəsini video -formatda təqdim edir.

 

    

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161487

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31