Qarabağda anti-terror ənəliyyatı başlaya bilər – Sabiq BAŞ NAZİR AÇIQLADI

03.05.2021 - 12:51

 

Qarabağda anti-terror ənəliyyatı başlaya bilər - Sabiq BAŞ NAZİR AÇIQLADI

 

“Azərbaycan cəmiyyəti son zamanlar Ermənistanla dövlət sərhəddində baş verən insidentlər, ermənilərin təxribatları, Qarabağa onların havadarlarının özbaşına şəkildə gedib-gəlmələri, ölkəmizə qarşı terror fəaliyyətlərində əli olanların Xankəndidə bu və ya digər “fəaliyyətlərinə” son qoyulması ilə bağlı müəyyən addımların atılmasını istəyir. Çünki hələ də əli silahlı, terrorçu dəstələr bölgədə qalmaqdadır”.

Bunu  açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseyn deyib. AXP sədri bildirib ki, əgər hadisələr bu cür davam edə bilərsə, 1988-ci il hadisələrinin ssenarisi yenidən təkrarlana bilər:

“Əvvəlcə, münaqişənin yenidən qızışdırılmasında maraqlı olan qüvvələr fitnəkalıq elementləri baş qaldıra və ardınca da Azərbaycana qarşı silahlı təxribatlar baş verə bilər. Bir çox politoloqlar, o cümlədən, bir siyasətçi kimi mən də bunu proqnozlaşdırıram. Bunlara imkan vermək olmaz. Ona görə də önləyici addımlar atılmalıdır. Hətta anti-terror əməliyyatları da keçirmək olar”.

Keçmiş baş nazirin sözlərinə görə, 10 noyabr bəyanatının altında bizim və Rusiya dövlətinin imzası durur:

“Əgər bu bəyanatın müddəaları sistemli şəkildə yerinə yetirilmirsə, Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. Bu müqavilə xarakterli sənəddə Azərbaycanın bir hissəsində fərqli qaydalar tətbiq edilirsə, bu məsələ, bu sənədin özü Milli Məclisdə müzakirə edilməlidir. Hətta lazım olarsa, həmin müqavilənin dayandırılması ilə bağlı müəyyən qərarlar qəbul edilə bilər. Digər tərəfdən, müqavilədə nəzərdə tutulmasa da, Türkiyənin nizamlanma prosesində iştirakı barədə razılaşmalar var. Rusiya-Türkiyə monitorinq mərkəzi də fəaliyyətdədir. Şübhəsiz ki, bu məsələdə Türkiyənin daha fəal və bərabərtərəfli iştirakına nail olmaq lazımdır. Çünki Türkiyə Minsk qrupunun üzvüdür”.

Pənah Hüseynin fikrincə, Minsk qrupunun yalnız həmsədrlər vasitəsi ilə öz fəaliyyətini davam etdirməsinin əhəmiyyətsiz olması, müəyyən gərginliklərə səbəb olan mənbələrdən birinə çevrilməsi aydındır:

“O baxımdan, Türkiyənin nizamasalma prosesində iştirakı istiqamətində Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Nəzərə alaq ki, yaxın günlərdə Türkiyə və Azərbaycan prezidentləri konkret addımları müzakirə edəcəklər. Bu barədə açıqlamalar da verilib. Düşünürəm ki, yaxın dönəmlərdə bu istiqamətdə müəyyən dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163058

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31