Lavrovun Bakıya səfər proqramı açıqlandı

10.05.2021 - 14:16
Lavrovun Bakıya səfər proqramı açıqlandı

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“10-11 may tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş və Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır”, – deyə məlumatda qeyd edilir.

Bildirilir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin bütün inkişaf spektri – siyasət, iqtisadiyyat, mədəni və humanitar sahələrdə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirməyə qərarlıdır:

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Qarabağdakı vəziyyətə, Qarabağ nizamlanmasının humanitar aspektlərinə, münaqişədən sonrakı yenidənqurma və dinc həyatın qurulmasına dair məsələlərə baxılması planlaşdırılır”.

Rusiya XİN-dən əsas vəzifələr arasında bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmalı olduğu vurğulanıb.

“Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri həmçinin aparıcı regional və beynəlxalq birliklərin – MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, QDİƏT platformalarında qarşılıqlı əlaqələrin koordinasiyasını müzakirə edəcəklər”, – deyə bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163440

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930