Əliyevin dünyaya qəbul etdirdiyi Zəngəzur reallığı – 3 MÜHÜM DETAL

31.05.2021 - 16:29

 

Əliyevin dünyaya qəbul etdirdiyi Zəngəzur reallığı - 3 MÜHÜM DETAL

 

Prezidentin dünən türkiyəli naziri qəbul edərkən dediyi bir fikir gələcək baxımından ciddi nəticə əldə etdiyimizin siqnalıdır.

“İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq – Zəngəzur dəhlizi. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi”.

Bu o deməkdir ki, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyası dünya tərəfindən Zəngəzur dəhlizi olaraq qəbul edilib.

10 noyabr razılaşmasında nə dəhliz, nə də Zəngəzur ifadəsi var. Paşinyan daxili auditoriyanı sakitləşdirmək, opponentlərinin ittihamlarına cavab vermək üçün dediyi “Mehridən dəhliz keçmir”, “Zəngəzur dəhlizi yoxdur” sözləri də bu layihənin olmaması yox, üçtərəfli razılaşmada belə ifadənin yer almamasına istinad etməsidir.

Razılaşmaya belə ifadənin salınmaması böyük ehtimalla Paşinyan hakimiyyətinin prosesin icrası zamanı daxili siyasətdə çətin vəziyyətə düşməməsinə hesablanıb. Bakı üçün vacib olan istədiyi nəticəyə nail olmaqdır.

İlham Əliyev martın 6-da cəmiyyətdə “Naxçıvan dəhlizi” adlandırılan, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyasını Zəngəzur dəhlizi elan etdi. Hədəf sirr deyil.

Nəqliyyat kommunikasiyasının beynəlxalq müstəvidə Zəngəzur dəhlizi kimi təsbit edilməsi də hədəfə doğru atılan ciddi addımlardan biri hesab oluna bilər:

Birincisi, Zəngəzur dəhlizi ifadəsinin geosiyasi leksikona daxil edilməsi Zəngəzurun Azərbaycanın tarixi torpağı olması faktı yenidən aktuallaşdıra bilər;

İkincisi, bu, Azərbaycanın Zəngəzura qayıdış hədəfinin beynəlxalq müstəvidə legitimləşdirilməsinə zəmin yarada bilər;

Üçüncüsü, dünya Zəngəzur dəhlizindən danışdıqca, Zəngəzur və onun tarixi gündəmdə qalacaq və bu, tarixi torpağa qayıdış strategiyasında olduqca əhəmiyyətlidir;

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930