“Aşıq Ələsgərin sazını 80 min manata satıram” deyənə ustad aşığın nəticəsindən cavab…

13.07.2021 - 11:46
“Aşıq Ələsgərin sazını 80 min manata satıram” deyənə ustad aşığın nəticəsindən cavab...
“Bu məlumat tamamilə səhvdir. Birincisi, Aşıq Ələsgərin sazında bəzək olmayıb, sadə qara saz olub, bəzəksiz. Onun sazı bütöv olub, çanaq hissə qabırğalarla yığılmayıb, içini ovublar çanaq hissə bütöv olub, bir də yığma saz olmayıb. Bilmirəm bu insan hansı məntiqə əsaslanıb deyir ki, Aşıq Ələsgərin sazıdır, amma həqiqətə uyğun deyil. Bəlkə də Ələsgər adında adi aşıq olub, onun sazıdır, bunu deyə bilmərəm. Yəqin ki, həmin şəxs özünü məşhurlaşdırmaq üçün belə bir yalan uydurub. Çox xahiş edirəm, sənətkar haqda danışanda yüz ölçüb, bir biçsinlər. Səhv məlumatlarla insanları çaşdırmasınlar”.
Bunu  açıqlamasında Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər ocağı” ictimai birliyininin sədri Xətai Ələsgərli Elşad adlı şəxsin “Aşıq Ələsgərin sazıdır, 80 min manata satıram” sözlərinə münasibət bildirərkən deyib. Ustad aşığın nəticəsi daha sonra əlavə edib ki, aşıq Ələsgərin sazı günümüzə qədər gəlib çıxmayıb və o həmin şəxsi tanımır.
Qeyd edək ki, Elşad adlı şəxs Xəzər TV-yə müsahibəsində “1937-ci ildə aşıq Ələsgərin qardaşını sürgün edən zaman o bu sazı mənim babamın əmisinə əmanət kimi verib, deyib ki, sürgündən qayıtsam, sazı mənə verərsən, qayıtmasam, yadigar saxla. Sazı 80 min manata satıram, çünki ehtiyacım var” bildirmişdi. Azərbaycan Aşıqlar Birliyi də bu faktın doğruluğunu  təsdiqləməyib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165053

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031