MEDİA yeni ofisə köçdü

15.07.2021 - 12:41

 

MEDİA yeni ofisə köçdü

 

15 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektləri və jurnalistlərlə əlaqələrin daha səmərəli və asan qurulmasına, jurnalistlərin qəbulunun müasir standartlara uyğun həyata keçirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına şərait yaradılması məqsədilə Yasamal rayonu, Zahid Xəlilov küçəsi 36 ünvanında yerləşən yeni ofisə köçüb

Agentlikdən  verilən məlumata görə, hazırda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icarə xidmətinin, mebel və digər təsərrüfat inventarlarının, telekommunikasiya və şəbəkə sisteminin qurulması üçün zəruri olan sistem və avadanlıqların satınalınması həyata keçirilməkdədir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsi yekunlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmış MEDİA Agentliyi eyni məsuliyyət və peşəkarlıqla üzərinə düşən vəzifə və öhdəliklərinin icrasını yeni inzibati binasında davam etdirəcəkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165123

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31