Prezidentin təyin etdiyi 4 səfir kimdir? – Rəis, konsul, müşavir…

17.07.2021 - 11:05
Prezidentin təyin etdiyi 4 səfir kimdir? - Rəis, konsul, müşavir...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bir sıra ölkələrə fövqəladə və səlahiyyətli səfir təyin edilib. 
Ülvi Baxşəliyev Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri  təyin olunub. O, bundan əvvəl Azərbaycan Respublikasının Polşa Federasiyasındakı səfirnin müşaviri olub.
Ağalar Atamoğlanov isə Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.  A.Atamoğlanov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirnin müşaviri vəzifəsini tutub.
Xəzər Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. X. Fərhadov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi vəzifəsində çalışıb.
Əlimirzamin Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu vəzifəyə kimi Ə.Əsgərov Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi olub. Diplomat həmçinin uzun illər Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin baş konsulu olub.
Hər dörd şəxs Azərbaycan Prezidentinin sərəncamı ilə diplomatik rütbə verilib, həmçinin medal və fəxri adlarla təltif edilib.(Qaynarinfo)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165155

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031