Rövşən Əkbərovun oğlu vəkilə hücum etdi

01.09.2021 - 15:58

 

Rövşən Əkbərovun oğlu vəkilə hücum etdi

 

Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqova hücum edib.

Bu barədə vəkilin özü sosial şəbəkədə daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edərkən bildirib.

O qeyd edib ki, bu gün R.Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə qətlə yetirilmiş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Fədayı Əliyev hüquqlarını müdafiə edirkən keçmiş birlik komandirinin oğlu tərəfindən hücuma məruz qalıb.

“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı.

Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır.

Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”, – deyə vəkil V.Eyvazov və K.Əliyevə müraciətində bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166465

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930