Rövşən Əkbərovun oğlu Azərbaycanı tərk edib

03.09.2021 - 15:54

Vəkil Elçin Sadıqova hücum etdiyi bildirilən Rövşən Əkbərovun oğlu Telman Əkbərov Azərbaycanı tərk edib.

 

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

 

O bildirib ki, şikayətilə bağlı prosesin gedişini öyrənmək üçün polis şöbəsi ilə əlaqə saxlayıb:

 

“Rövşən Əkbərovun oğlunun mənə hücum etməsi və xəsarət yetirməsi üzrə şikayətimin araşdırılması durumu ilə maraqlandım. Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman 2 sentyabr 2021-ci ildə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etdiyindən onun dindirilməsi hələ mümkün olmayıb”.

 

Qeyd edək ki, vəkil Elçin Sadıqov general Rövşən Əlkbərovun ittiham edildiyi məhkəmə prosesində, zərərçəkmiş Əliyev Elçinin oğlu Əliyev Fədayın hüquqlarını müdafiə edir. Müttəhim Rövşən Əkbərovun oğlu Telman Əkbərov məhkəmə iclası bitdikdən sonra Bakı Hərbi Məhkəməsinin binasının pilləkənlərində vəkilə hücum edib. Yaxındakı insanların köməyi ilə onu kənarlaşdırmaq mümkün olub.

 

Vəkil Elçin Sadıqov hücuma məruz qalması ilə bağlı Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166532

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930