Azərbaycan Ermənistanla normal münasibətlərin qurulmasına prioritet istiqamət kimi yanaşır

06.10.2021 - 10:33

Azərbaycan bu gün qalib tərəf olaraq Ermənistanla sülhün təfərrüatlarını müəyyənləşdirməyə və danışıqların aparılmasına hazırdır. Bu istiqamətdə təmaslara isə artıq başlanılıb. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı da mövcuddur və bu, əsasən kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü reallaşıb və bu görüş konstruktivliyi ilə diqqət çəkib.

 

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov bildirib ki, Azərbaycanın mövqeyi müharibə başa çatandan sonra dəyişməz olaraq qalır:

 

“Ölkəmiz Ermənistanla ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyini bəyan edir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazır olduğunu da vurğulayır. Bununla da gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə qarşı tərəfdən göstərilən təşəbbüsləri daim dəstəkləməyi zəruru hesab edir.

Lakin təəssüf ki, İrəvanda bu məsələni əngəlləməyə cəhd göstərən qüvvələr var. Onlar tərəfindən revanşizm özünü aşkar büruzə verir. Tarixən və beynəlxalq hüquq əsasında Azərbaycana məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planlar barədə danışılır. Bunun qarşısını almaq üçün isə Ermənistan hökumətinin iradəsi çatmır”.

Rəşad Mahmudov açıqlamasında Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı indiki vəziyyətin çox aydın şəkildə və ciddi faktlara əsaslanılaraq, dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını xatırladıb. Deputat bununla bağlı bir neçə məqamı xüsusi vurğulayıb. Əvvəlcə onu bildirib ki, Ermənistanın bundan sonra Azərbaycanla dinc qonşuluq münasibəti qurmasına bir sıra xarici ölkələr tərəfindən əngəl yaratmaq heç də sirr deyil. Belə ki, Ermənistan rəsmiləri tərəfindən Qarabağda ermənilərin yaşadıqları ərazilərin statusu ilə bağlı bəyanat səsləndirilmədiyi halda, bu, işğalçı respublikanın revanşistləri ilə bərabər, bəzi dövlətlərin yüksək səviyyəli nümayəndələrinin maraq dairəsinidə özünü daha qabarıq büruzə verir. Bu məsələdə Azərbaycanın mövqeyi isə aydın və konstruktivdir: Hələ müharibədən əvvəl Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə vermək təşəbbüsü yəqin ki, yaxşı xatırlanır. Lakin bu mövqeyin Ermənistan tərəfindən rədd edildiyi də unudulmur. Burada əsas məqsəd isə onların “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb etmələridir. Prezident İlham Əliyevin EFE informasiya agentliyinə müsahibəsində vurğuladığı kimi, müharibə bitəndən və münaqişə öz həllini tapandan sonra bu, təkcə Azərbaycan dövlət başçısının mövqeyi deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur: “Çünki “Dağlıq Qarabağ” mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı fərman imzaladım. Biz iki iqtisadi zona – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.

İndi revanşistlər və onların havadarlarları sülh danışıqlarının aparılması, sərhədlərin delimitasiyası, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi kimi məsələlərdən danışmaq əvəzinə, Azərbaycanı “hərbi əsir problemində” ittiham edirlər. Əslində, Azərbaycanda “müharibə əsirləri” yoxdur. Dövlətimizin başçısı indiyə qədər ayrı-ayrı çıxışlarında bu barədə ətraflı bəhs edib. Beynəlxalq hüququn normalarına və beynəlxalq konvensiyalara istinad edərək, hansı şəxslərin müharibə əsirləri hesab oluna biləcəyi ilə bağlı dəfələrlə danışıb: “Beynəlxalq konvensiyalara əsasən, belə şəxslər müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi tərəfimizdən dərhal qaytarılıb. Əslində, biz onları Ermənistan bizim əsirləri qaytarmamış geri vermişik. Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan sonra saxlanılmış və artıq həbsdə olanlar bu kateqoriyaya daxil deyillər. Bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda – müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilənlərdir…”.

Onlar Azərbaycanın azad edilən ərazilərində ötən il dekabrın əvvəlində saxlanılıblar. Bəziləri cinayətlər törədərək, hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Deməli, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilən terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, Azərbaycan ötən müddət ərzində onların bəzilərini geri qaytardı ki, bu da xoş məramın göstəricisi kimi dəyərləndirilməlidir.

Rəşad Mahmudov açıqlamasının sonunda deyib ki, Vətən müharibəsi dövründə erməni faşizmi bir daha iç üzünü göstərdi. Düşmən ərazilərimizi tərk edərkən bütün torpaqları minalayıdılar. Bu xəritələr tələb edildikdə isə Ermənistan hökuməti ən yüksək səviyyədə belə xəritələrin olmamasını iddia edərək, verməkdən boyun qaçırdılar. Nəticədə mülki vətəndaş və hərbçilərimiz arasında indiyədək 150 nəfər həlak olub və ya ağır yaralanıb.

Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq işlərinin gedişinə də toxunub. Bildirib ki, burada ilk maneə basdırılan minaların tikinti prosesini ləngitməsi ilə bağlıdır. Çünki ərazilər minalardan təmizlənməyincə insanların geri qaytarılması mümkün deyil. Əks təqdirdə vətəndaşlar təhlükə ilə üz-üzə qala bilərlər. Bununla belə minaları təmizləndikcə, həmin ərazilərdə bərpa-quruculuq işləri sürətlə aparılır, bütün şəhərlər üçün baş planlar hazırlanır. Elektrik enerjisi infrastrukturu yaradılır. Yol çəkilşi və su təchizatının da qaydaya salınması diqqət mərkəzində saxlanılır

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167346

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930