Bakıda DƏHŞƏT: eyni həkimin əməliyyat etdiyi 4 UŞAQ ÖLDÜ

13.10.2021 - 11:44

 

Bakıda DƏHŞƏT: eyni həkimin əməliyyat etdiyi 4 UŞAQ ÖLDÜ

 

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəri Elnur Həsənov son iki həftə ərzində əməliyyat etdiyi iki azyaşlının ölümündə ittiham olunur.

Bu barədə azyaşlıların valideynləri sosial şəbəkədə məlumat yayıblar. Uşaqlardan biri – 1 yaş 9 aylıq Raulun anası Nuranə Cəfərovanın sözlərinə görə, oğlu Elnur Həsənov tərəfindən sentyabrın 15-də ürək qüsuruna görə əməliyyat edilib. Bir çox həkim əməliyyat riskini, uşağın sağ çıxmama ehtimalını əsas gətirərək əməliyyatdan imtina etsə də, E.Həsənov uşağı əməliyyata götürüb.

Ana iddia edir ki, övladı bütün xəstəliklərə qalib gəlib: “Raulun ciyərləri xəstə deyildi, ölüm səbəbi kimi ciyərlərini dedilər. Mənim balama nə oldu, necə öldü? Hələ də məntiqli cavab tapa bilmirəm. Biz o xəstəxanada olduğumuz 17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi. Sanki xəstə uşaqların üstündə sınaq aparırdı. Uşaq üçün yeməklər aldırmışdılar. Vəfatından sonra yeməkləri də qaytarmışdılar. Baxırıq ki, yeməklər heç açılmayıb. Bəs bu 17 gündə uşağa nə veriblər? Bəlkə də heç nə verilməyib. Mənim uşağım bütün xəstəliklərə qalib gəlmişdi, əgər ona reanimasiyada yaxşı baxılsaydı, ölməzdi”. (musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167573

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031