Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ

20.10.2021 - 13:44

Uzun illər Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş tif Nəbiyev özü məhkəmə zalında həbs olunub.

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində L.Nəbiyevin 8 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarılıb. Hökmə əsasən, o, külli miqdarda dələduzluqda təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.

Keçmiş hakim iki nəfəri aldadıb, onların 300 min dollardan çox pulunu ələ keçirməkdə suçlanır. İttihama görə, L.Nəbiyev tanışı Rüstəm Abdullayevdən birgə biznes adıyla 59 min 700 dollar, Azad İbrahimovdan isə onun üçün Bilgəhdə dəniz kənarında və Xətai rayonunda torpaq sahələri almaq adıyla 247 min 500 dollar pul alıb.

Hökmdən öncə məhkəmədə son sözünü deyən L.Nəbiyev özünü təqsirli bilmədiyini vurğulayıb.

2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

L.Nəbiyev Bakı Apelyasiya Məhkəməsinin hakimi olarkən bir sıra ictimai siyasi fəalların, o cümlədən satirik şair Sakit Zahidovun (Mirzə Sakit) işinə baxılıb. O zaman Mirzə Sakit haqqında narkotik ittihamı ilə çıxarılmış 3 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlamışdı. Satirik isə ittihamın yalan olduğunu, hökumət təmsilçilərini hədəf alan şeirlərinə görə narkotiklə şərlənib həbs olunduğunu deyirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167733

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031