“Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF

25.10.2021 - 15:22

Son zamanlar Ermənistan və Rusiya mətbuatında noyabrda Azərbaycan və Ermənistan liderləri arasında yeni bir sənədin imzalanması xəbəri tirajlanır. Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin çıxışlarının birində bildirib ki, iki ölkə arasında delimitasiya və demarkasiya üçün tələb olunan xəritələr Rusiya Ordusunun Baş Qərargahında saxlanılır.

 

Müxtəlif illərdə dərc olunan Sovet xəritələrində Azərbaycan-Ermənistan ərazilərinin fərqli sərhədlərə malik olduğunu, bir çox yaşayış məntəqələrimizin Ermənistana verildiyini nəzərə aldıqda sərhədlərin hansı xəritə əsasında müəyyənləşdiriləcəyi maraq doğurur.

 

İndiki vəziyyətdə belə bir sənəd imzalana bilərmi, sərhədlərin müəyyənləşməsində şərtlər nədən ibarət olacaq?

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  açıqlamasında bildirib ki, xəritələrin işlənməsi zaman alacaq prosesdir.

 

“Delimitasiya və demarkasiya ilə bağlı məlumatın bir hissəsi doğruya oxşayır. Məntiq və təhlilə görə, hiss olunur ki, ilk növbədə Ermənistanın daxili siyasətinə, həm də Azərbaycan ictimaiyyətinin hisslərinə toxunmaq məqsədi daşıya bilər. Xəritələrlə bağlı bəzi şübhələr var. Xəritələrin işlənməsi də bir az zaman alacaq. Hələlik demək olmaz ki, 1920-ci ilin xətirələri əsas götürüləcək. Məsələyə digər tərəfdən baxsaq, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımama mövqeyini hələ də davam etdirir. Onlar məsələni elə həll etmək istəyirlər ki, bu kimi sənədlərdən sonra Azərbaycanın ərazi iddialarına son qoyulsun. Amma bilməlidir ki, ərazi bütövlüyünü tanımırsa, deməli sərhəd də yoxdur. O zaman Ermənistanın ərazisi də mübahisəli bir mövzu olaraq qalacaq. Biz görürük ki, Ermənistan höküməti təzə bir qanun qəbul edir. Burada bizim ərazimiz olan Qarabağa aid hansısa layihələr həyata keçirmək istəyirlər, maliyyə ayırırlar. Ermənistanın əməlləri ilə bu fikirlər üst-üstə gəlmir. Ermənistan sülh istəyirsə, bu iddialardan siyasi baxımdan əl çəkməlidir. Bu baş verməsə, saziş mümkün deyil. Onlar sadəcə gözdən pərdə asmağa çalışırlar, bir çox məsələləri də ortaya qoyacaqlar. Əsas təhlükəsizlik məsələsidir ki, sülhməramlılar orada həmişəlik qalacaq, yoxsa onlar özləri bir qoşun yaratmalıdır. Danışıqlara qayıtmaq istəyi heç də biz istədiyimiz kimi olmaya bilər”.

 

Məsələ ilə bağlı saytımıza danışan AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov bildirib ki, sərhədlər müəyyən olunanda, Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülməlidir:

 

“Azərbaycan ərazisinin parçlanması prosesi 1920-ci ilin mayın 12-dən 1929-cu ilə qədər davam edib. İyirminci illər sözü təsadüfü işlədilməyib. Azərbaycan neftini əldə etmək üçün bizim millətin başına bu oyunları gətiriblər. Azərbaycanın işğalı Bakı ilə bağlı məsələdir. Məsələ burasındadır ki, bu sərhədlər hərbçilər tərəfindən müəyyənləşdirilib. Ermənistana verilən Azərbaycan torpaqları 1918-ci ildə 9 min kv/km, 1920-ci ildən 1929-cu ilə qədər 20,08 min kv/km olub. Bu qərar Azərbaycan hakimiyyət dairələri, SSRİ höküməti tərəfindən verilib. Hər ikisi də qeyri-qanunidir. Nəyə görə Azərbaycan xalqının fikri soruşulmayıb, referendum keçirilməyib. Sərhədlərin müəyyənləşməsi məsələsinə gəldikdə isə, Azərbaycanın qarşısında duran ən böyük şey təzminat məsələsinin qaldırılmasıdır. Yəni dəyən zərərə görə, Ermənistan tərəfi təzminat ödəməlidir. Hansı ki Ermənistan adlı dövlətin varlığı qeyri-qanunidir. Prezident təşəbbüs göstərsə ki, bu ərazilərin verilməsi məsələsi qeyri-qanuni edilsin və bunun üçün də referendum keçirilsin, hər şey öz qaydasına düşəcək. Referendum nəticəsi Milli Məclis tərəfindən müzakirə edilib, qəbul olunmalıdır ki, İrəvan şəhəri və ətraf ərazilərin verilməsi qanuni deyil. Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən olunarsa, birinci Cümhuriyyət xəritəsi əsas götürülməlidir. Bizdən soruşmalı idilər ki, sən razısanmı, torpaqların verilməsinə. Ona görə də deyirəm ki, İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpağıdır, biz ora mütləq qayıdacağıq. Hazırkı reallığı biz yaradırıq. İyirminci illərin xəritələrini biz qəbul edə bilmərik. Çünki xəritələrin təsdiqi bu deməkdir ki, Sovet hökümətinin Azərbaycan xalqının fikrini soruşmadan verdiyi torpaqları tanıyırıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167879

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031