“Kalaşnikov” gəzdirən şəxs tutuldu

13.11.2021 - 18:30

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

 

Belə ki, idarəyə paytaxt sakini əvvəllər məhkum olunmuş Rüstəm Osmanovda silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı əlində olan bağlamadan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 30 ədəd patron və 1 ədəd həmin silaha aid patron darağı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs silah-sursatı bir neçə il əvvəl tapdığını, lakin polisə təhvil verməyərək gizlətdiyini bildirib.

 

Faktla bağlı Nərimkanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. Rüstəm Osmanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168202

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031