Niyə bütün qəzalarda sürücülər günahlandırılır?

30.11.2021 - 12:34

“Nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilə. Bunu hamı bilməlidir. Yol hərəkəti təhlükəsizliyi məsələləri hər kəsin maraq dairəsindədir. Çünki hamımız bu sistemin parçasıyıq, bir hissəmiz sürücü, digərlərimiz piyada, sərnişin və s. anlayışlarda hərəkətin iştirakçısıyıq. Sürücü üçün isə “Yol Hərəkəti Haqqında Qanun”da digərlərindən fərqli olaraq daha ciddi məsuliyyətlər müəyyən edib”.

 

 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli  açıqlamasında baş vermiş yol-nəqliyyat hadisələrinə münasibətdə bizdə sürücülərin niyə daha çox təqsirləndirilməsinə aydınlıq gətirib.

 

A. Əsgərli deyib ki, bu, “Yol Hərəkəti Haqqında Qanunun 36 və 37-ci maddələrində təfsilatlı qeyd olunub:

 

“Qanunda sürücünün baş verən yol nəqliyyat hadisəsindən yayınmaq üçün maksimum imkanlarını səfərbər edib yayınmalıdır kimi tələbin olması sonrakı istintaq proseslərində bir çox sualların cavablandırılmasını tələb edir. Çünki bu tələb daha sonra hadisənin nəticəsindən (yəni xəsarətin az ağır və ya ağır dərəcəsi, eləcə də ölümlə nəticələnən yol nəqliyyat hadisələrində başlanılan cinayət işlərində) asılı olaraq, prossesual şəxsin əsas suallardan birinə çevrilir. Baş vermiş hadisənin səbəb-nəticə əlaqəsi müəyyən edildikdə adı çəkilən qanunun hansı tələbinin pozulması mütləq öyrənilir və sübutların qiymətləndirilməsində bu məsələ həlledici rol oynayır”.

 

DYP rəsmisi məsələni daha aydın formada mahiyyəti üzrə bilmək üçün izah verib:

 

“Deyək ki, sürücü baş verə biləcək hadisəyə adekvat reaksiya verdi və vaxtında “Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə uyğun hərəkət etdi. Beləliklə də, hadisənin qarşısını almaq üçün bütün lazımi zəruri addımları atdı, lakin hadisənin qarşısını, məsələn, əyləc sistemindəki nasazlıq ucbatından ala bilmədi. Səbəb kimi isə avtomobilinə avto-texniki ekspertizanın rəyi ilə texniki nasazlığın olması kimi ciddi sübutu təsdiq edən rəyin əlavə edilməsi oldu. Bu zaman sürücünün məsuliyyətsizliyi artıq adı çəkilən Qanunun 1 saylı əlavəsində göstərilən nasazlıqların siyahısı üzrə müəyyən edilir”.

 

A.Ələsgərli bildirib ki, sürücünün vaxtında aradan qaldırmadığı texniki problemlərə görə məsuliyyət daşıyacağını isə bəzi sürücülərimiz hələ də mahiyyəti üzrə qiymətləndirmir:

 

“Bizim mütəmadi şəkildə etdiyimiz çağırışlara etinatsızlıq edən, DYP əməkdaşları tərəfindən aşkarlanan nöqsanlara müxtəlif bəhanələr gətirməklə qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışırlar. Xidmət zamanı ara-sıra bu hallara rast gəlirik və bu reallığı onlara elə yoldaca izah edirik. Bir sözlə hər bir sürücümüz bilməlidir ki, nasaz avtomobillə törədilən qəza onu hər bir halda haqsız vəziyyətə salacaq. Buna görə də bütün sürücülər nəzərə almalıdır ki, nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilə. Bu sadə reallığı isə bilmək birmənalı faydalıdır”.

 

Baş inspektor yol hərəkəti təhlükəsizliyi məsələlərinin hər kəsin maraq dairəsində olduğunu xüsusi olaraq qeyd edib:

 

“Fürsətdən istifadə edib qış fəslinin texniki tələblərini nəzərə alıb, mövsümi hazırlıqları, eləcədə avtomobilə gündəlik texniki qulluq etmək kimi ciddi məsuliyyətli tələbi diqqətdən kənar saxlamamağı da xahiş edirik. Taleyimizi dəyişdirə biləcək yalnışları qəzalardan öncə inzibati xəta kimi aşkarlayan dövlət yol polisi əməkdaşlarına bəzən yersiz aqressiya göstərmək əvəzinə qanun və qaydaların mahiyyətini dərk etməklə, gələcəkdə daha ağır məsuliyyətlərdən sığortalanmaq üçün əməl etməyi vacib hesab edirik. Bir çox hallarda cərimə ödəməklə şəxs məsuliyyət hissini dərk edir və eyni növ xətanı etməməklə şüurlu şəkildə seçimini edir. Bəzən isə cərimə ödəmək belə insana qismət olmur. Hər kəsdən xahiş edirik ki, yollarda özümüzü və ətrafımızdakıları qorumaq üçün məsuliyyət hissini unutmayaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168481

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31